Главная > Siyasət > İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür
İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür23-07-2021, 16:41. Разместил: yeni321 |
İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması istiqamətində fəal işlər görülür Azərbaycan hökuməti işğaldan azad olunan torpaqlarda quruculuq fəaliyyətinə başlayıb. Dövlət başçısı cənab İlham Əliyev müharibədən sonra azad olunmuş rayonlara vaxtaşırı səfərlər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını ictimaiyyətə, eləcə də dünyaya çatdırır. Bu baxımdan, Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Füzuli və Xocavənd rayonlarına, eləcədə Şuşa şəhərinə səfər etmələri də qanunuyğunluğu pozmadı. Prezident İlham Əliyev həmin bölgələri qalib ordunun Ali Baş Komandanı kimi ziyarət etdi, bir sıra infrastruktur layihələrinin, quruculuq işlərinin təməli qoyuldu. 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən dövlət siyasəti dərəcəsinə çatdırılan terror hərəkətləri törədərək, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir vaxtlar həyat qaynayan o rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların yurd-yuvaları yerlə-yeksan olunub. Bəli, bütün bunlar dəhşətlidir, amma bizləri təəccübləndirmir. Çünki, bu, erməni xislətinin mahiyyətinin, quldurluğunun, vəhşiliyinin təcəssümüdür və Azərbaycan xalqına çoxdan bəllidir. Əminliklə deyə bilərik ki, bu yanaşma tərzi Azərbaycan və Ermənistan arasındakı fərqin ən parlaq nümunəsidir. Fikrimizi əsaslandırmaq üçün bir faktı bildirmək yəqin ki, kifayət edəcəkdir. Belə ki, məlumdur ki, Azərbaycan xalqların, mədəniyyətlərin, fərqli etnik kökə mənsub şəxslərin azad olaraq yaşadığı bir ölkədir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində bu reallıq bir daha özünü ən qabarıq şəkildə göstərdi. Şəhidlərimizin arasında rus, yəhudi, ləzgi və s. millətlərin nümayəndələrinin olmağı da bunu əyani şəkildə sübut edir. Ermənistan isə sözün əsl mənasında monoetnik ölkə kimi özünü dünyaya tanıdıb. Özlərindən başqa heç bir xalqın, millətin torpaqlarında yaşamağına şərait yaratmayan bu dövlət təbiidir ki, Azərbaycanın tarixi abidələrini, məscidlərini dağıdıb-sökərək ona məxsusu bütün izləri silməyə çalışmışlar. Bu barbarlığın, vandalizmin ən yüksək səviyyəsidir. Müharibəni belə əsgərlə, ordu ilə apara bilməyən bu dövlətin bütün qisasını cansız varlıqlardan almağa çalışıb. Ermənilərdən fərqli olaraq, ordumuz mülki insanları qətlə yetirməyib, yaşayış məntəqələrini dağıtmayıb, humanizm prinsiplərindən əsla kənarlaşmayıb. Hadrut qəsəbəsinin timsalında da bunu görmək olar. Bu, bizim bir xalq olaraq mənəvi keyfiyyətlərimizin göstəricisidir. Azərbaycan Ordusu haqqın ordusu idi və sadəcə tarixi ədaləti bərpa etməyə çalışırdı. Sonda istədiyinə nail oldu-tarixi ədaləti bərpa etdi, haqq zəfər çaldı. Prezident İlham Əliyevin sonuncu dayanacağı Şuşa şəhəri oldu. Şuşaya səfər hər mənada əlamətdar oldu. Belə ki, ölkə başçısının Şuşaya xalqımızın milli bayramı olan Novruz bayramı ərəfəsində, İlaxır çərşənbədə səfər etməsinin bizlər üçün böyük əhəmiyyəti var. Arzuladığımız kimi, artıq bundan sonra Novruz bayramını Şuşada qeyd edəcəyik. Eyni zamanda, səfər zamanı dövlətimizin başçısı Şuşada bərpa-quruculuq işləri ilə tanış oldu. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində Şuşa şəhəri tezliklə dirçələcək, o cümlədən tarixi, mədəni və dini abidələrimiz bərpa olunacaq. Bir sözlə, artıq işğaldan azad olunan torpaqlarda quruculuq fəaliyyətinə start verilib. Qarşıdakı illərdə bu ərazilərdə daha böyük infrastruktur layihələrinin reallaşdırılacağı gözlənilir. Layihələrdə yerli və xarici şirkətlərin iştirakına gəlincə, bu, Azərbaycan şirkətləri üçün vacib təcrübə, əcnəbi şirkətlər üçün böyük imkan olacaq. Bu mənada Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin təhlükəsizliyinin təmin edilməsi mərhələsindən sonra yerli və xarici şirkətlərin regionda əsas maraq dairələrindən birinə çevriləcəyi şübhəsizdir. Əsəd Əsədli, Masallı Dövlət Regional Kollecinin MMQ-rəisi Вернуться назад |