Главная > Siyasət / İqtisadiyyat > Enerji təhlükəsizliyinin təmin olunması

Enerji təhlükəsizliyinin təmin olunması


23-07-2021, 16:42. Разместил: yeni321
Enerji təhlükəsizliyinin təmin olunması
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev onu qəbul etdi. Əlbəttə, bu görüş olduqca mühüm idi və təbii ki, strateji məsələlər müzakirə olunub.
Görüşlərdən sonra Prezident İlham Əliyevlə Aİ Şurasının prezidenti Şarl Mişelin 18 iyulda keçidikləri birgə mətbuat konfranda Azərbaycanın dövlət başçısının səsləndirdiyi fikirlər, verdiyi mesajlar çox önəmlidir.
Burada postmüharibə dövründə Azərbaycanın hədəfləri diqqəti xüsusi cəlb edir. Eyni zamanda ölkəmizin Aİ ilə əməkdaşlığa nə dərəcədə önəm verməsi aydın olur.
Strateji tərəfdaşlıq baxımından Prezident İlham Əliyevin açıqlaması olduqca səmimi və aydındır. Dövlət başçısı deyib ki, Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Şarl Mişelin Azərbaycana səfərini bu tərəfdaşlığın göstəricisi kimi qeyd edən dövlət başçısı Aİ ilə əməkdaşlıq çərçivəsində uzun illər ərzində müxtəlif sahələrdə birgə görülən işləri xatırladıb.
Ən vacibi isə odur ki, Azərbaycan rəhbəri mövcud əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar olduğunu diqqətə çatdırıb.
İncə məqam olaraq xüsusi vurğulanıb ki, Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın burada iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur. Yəni Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığa dair xüsusi planları var əlbəttə ki, strateji hədəflər də seçilib.
Prezidentin nitqindən də aydın olur ki, Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Statistikaya görə ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi isə 6,8 milyard ABŞ dollar təşkil edir.
Aİ-yə üzv olan dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Çox böyük nəticədir və bu, Azərbaycanın iqtisadi fəaliyyətinin miqyasını nümayiş etdirir.
Dövlət başçısı çıxışında bəyan edib ki, Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan indiyədək Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdə biri Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir.
Sirr deyil ki, Aİ və üzv dövlətlərlə əməkdaşlıqda enerji təhlükəsizliyinin təmin olunması əsas istiqamətlərdən biridir. Enerji təhlükəsizliyinin təminində tarixi nailiyyətlər əldə olunub.
Prezident burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını qeyd edib: “Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq”.
Nigar Kərimova,
Masallı rayon sakini, həkimшаблоны для dle 11.2
Вернуться назад