Главная > Siyasət > Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edilib

Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edilib


3-08-2021, 18:25. Разместил: yeni321
Masallıda Vətən Müharibəsi iştirakçılarına "Füzulinin azad olunmasına görə" medalı təqdim edilib 

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Vətən müharibəsi zamanı işğaldan azad edilmiş ərazilərimiz uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş Masallıdan olan 3 şəhid ölümündən sonra ailə üzvlərinə və 164 nəfər hərbi qulluqçuya "Füzulinin azad olunmasına görə" medalı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsində təqdim olunub.
Tədbirdə rayon rəsmiləri, ağsaqqal və ziyalılar, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon filialı və digər ictimai təşkilatların nümayəndələri, şəhidlərin ailə üzvləri iştirak ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini M.Hüseynov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev, iki şəhid anası Ziba Əsgərova, rayon Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist Ələşrəf Niftiyev, «Masallı ziyalıları» İctimai Birliyinin sədri, «Tərəqqi» medallı Qardaş Fətullayev, rayon “Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru, "Füzulinin azad olunmasına görə" medallı Fuad Mənsimov və başqaları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladığını, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildiriblər.
Çıxışlarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağı, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı qeyd olunub, Vətən müharibəsi iştirakçılarının göstərdikləri şücaətlərdən, onların Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğundan söz açılıb.
Sonda şəhid ailələri onlara göstərilən dövlət qayğısına və övladlarının qəhrəmanlıqlarını yüksək qiymətləndirdiklərinə görə ölkə rəhbərinə, respublikasının Birinci vitse-prezidentinə, rayon icra başçısına minnətdarlıqlarını bildiriblər.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад