Главная > Siyasət / Mədəniyyət / Təhsil / Maraqlı > "Ritual Mobil Teatr Laboratoriyası" beş günlük Masallıdadır

"Ritual Mobil Teatr Laboratoriyası" beş günlük Masallıdadır


4-08-2021, 19:10. Разместил: yeni321
"Ritual Mobil Teatr Laboratoriyası" beş günlük Masallıdadır 

Bu həftə Masallı Qadın Resurs Mərkəzində USAID, BMTİP və AQUPDK-nın birgə həyata keçirdiyi “Sahibkarlığa və məşğulluğa iqtisadi dəstək” layihəsinin “Gender-əsaslı zorakılığın aradan qaldırılması” komponenti çərçivəsində "Ritual Mobil Teatr Laboratoriyası"nın apardığı sosial teatr öz fəaliyyətinə başlayıb.
21 nəfər parlaq gəncimizin iştirak etdiyi beş günlük tədbirin məqsədi gəncləri gender mövzusunda maarifləndirmək və gender-əsaslı zorakılıqla birgə mübarizədə həm oğlanların, həm də qızların rolunun önəmini aşılamaqdır.
Qeyd edək ki, tədbirin son günündə gənclərimizin iştirakı ilə tamaşalar nümayiş olunacaq.
 İştirak etmək istəyənlər 6 avqust saat 15:00-da Masallı Heydər Əliyev Mərkəzinə gələ bilər.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад