Главная > Siyasət > Masallıda Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

Masallıda Ağsaqqallar Şurasının növbəti iclası keçirilib


28-08-2021, 13:17. Разместил: yeni321
Masallıda Ağsaqqallar Şurasının növbəti iclası keçirilib

Avqustun 28-də Masallı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Heydər Əliyev Parkındakı “Ağsaqqallar klubu”nda pandemiya qaydalarına riayət olunmaqla keçiriliən tədbiri giriş sözü ilə açan Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə xidmətə görə” ordenli dövlət qulluğu veteranı, yazıçı-publisist Ələşrəf Niftiyev iclasın gündəliyi barədə açıqlama verib.
Sonra rayonda şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərə diqqət və qayğının göstərilməsi,  44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərimizlə bağlı maarifləndirmə tədbirlərində ağsaqqalların iştirakı barədə rayon Ağsaqqallar şurası İdarə Heyətinin üzvü, Viləş kəndindən olan, iki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərli və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba xanım Əsgərovanın çıxışı dinlənilib.
Bildirilib ki, bu sahədə rayon rəhbərliyi, ictimai təşkilatlar və digər qurumlar tərəfindən yüksək səviyyəli tədbirlər həyata keçirilir. Diqqətə çatdırılıb ki, bu kimi tədbirlərdə, eləcə də vaskinləşmə ilə bağlı rayon ağsaqqallarının fəallığı hiss olunacaq dərəcədədir.
İclasda yeni Əsasnaməyə uyğun olaraq rayon ağsaqqallar şurasının üzvlüyünə qəbul aparılıb.
Şuranın və fəallarının son illərdə qazandığı qabaqcıl təcrübəni daha da genişləndirmək, KİV və sosial şəbəkələrdə bu işlərin işıqlandırılmasına əməli kömək məqsədilə rayon ağsaqqallar şurası sədrinin müavini, “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev qrupun rəhbəri, şura üzvləri – respublikada tanınmış jurnalistlər Əyyar Tahirov, Həsənağa Əliyev və Akif Ağayev qrupun üzvləri seçiliblər.  
Müzakirə olunan məsələlərlə bağlı İdarə Heyətinin üzvləri Rəbbin Kərimov, Səyyad Quliyev və başqaları fikir və təkliflərini səsləndiriblər.
İclası yekunlaşdıran Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev Şuranın əsasnaməsinə uyğun olaraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi yönümündə gələcək tədbirlər barədə məlumat verib.
Tədbirdə iştirak edən – Qarabağ müharibəsində xüsusi xidmətləri olmuş həmyerlimiz, XTQ-nin baş giziri, “Azərbaycan Bayrağı” ordenli Seymur Aslanovun atası Sucəddin Aslanov belə cəsur övlad, Vətənin etibarlı müdafiəçisi tərbiyə etdiyinə görə təşəkkürnamə ilə təltif edilib.


 шаблоны для dle 11.2
Вернуться назад