Главная > Siyasət > Masallıda "Ruhların qisası" tamaşası təqdim edilib

Masallıda "Ruhların qisası" tamaşası təqdim edilib


28-08-2021, 13:39. Разместил: yeni321
Masallıda "Ruhların qisası" tamaşası təqdim edilib 

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq Teatrı qəhəmanlıq ruhunda olan növbəti tamaşasını təqdim edib.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "Ruhların qisası" adlı bir pərdəli, üç şəkilli tamaşada teatrın aktyorları ilə yanaşı Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə kollektivi də iştirak edib.
"Ruhların qisası" tamaşası yazıçı-publisist Nurəddin Ədiloğlunun “Şəhidlik manifesti” kitabı əsasında hazırlanıb.
Tamaşada qazilərimizin timsalında Vətənə, el-obaya bağlılıq, mərdlik kimi ən ali keyfiyyətlər poetik formada, obrazlı şəkildə ifadə edilib.
Tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə tərtibatı Elsevər Əliyev, musiqi tərtibatı isə Ruslan Zahidova aiddir.




 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад