Главная > Siyasət / Manşet > Masallıda şəhid ailələrinin ziyarəti davam edir

Masallıda şəhid ailələrinin ziyarəti davam edir


23-09-2021, 21:19. Разместил: yeni321
Masallıda şəhid ailələrinin ziyarəti davam edir 

Masallı rayon İcra hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov Masallı şəhəri ərazisində Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş Araz Seyfullayev, Vüsal Hadıyev, Murad Nefesov və Cəbrayıl Qasımovun məzarını ziyarət etmiş, şəhidlərin əziz xatirəsini yad etmiş, ruhlarına dualar etmiş və ailələrini ziyarət edərək qayğıları ilə maraqlanmışdır. Şəhid ailələri öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.
                                                                    ***
Masallı rayon İcra hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov Mahmudavar kəndində Qasımov Nayib Akif oğlu, Məmmədov Röyad Famil oğlunun və Sərçuvar kəndində İsgəndərov Səməndər Vahid oğlunun ailələri ilə görüşmüş, şəhidlərin məzarları başında yasin oxutmuş və ailələrinə ərzaq yardımı göstərmişdir.
                                                        ***
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının rəhbərliyi, rayon İcra Hakimiyyətinin nümayəndələri və YAP fəalları rayonun Banbaşı, Böyük Xocavar və Binə Xocavar kəndlərindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Qasımov Cavanşir Beytulla oğlu,Nəzərov Elməddin İsmayıl oğlu, Məlikov Aqil Qismət oğlu, Bayramov Qismət Elyas oğlu, Alışov Nahid Güləli oğlu, Məmmədov Bəyalı İlyas oğlu, Əliyev Məhəmməd İlham oğlu, Nuriyev Bəşir Nuru oğlu, Əzizov Emil Əbil oğlu, Abdullayev Mürvət Əli oğlu, Akifzadə Elmir Gündüz oğlunun, Çaxırlı kənd ərazisindən olan birinci və ikinci Qarabağ döyüşlərində şəhid olmuş Vəliyev Məhəmməd Nail oğlu, Şahbazov Kənan Natiq oğlu, Gözəlov Ziya Zahid oğlu, Bağırov Namiq Nürəddin oğlu və Ağayev Ağamalı Şamil oğlunun ailə üzvlərinə baş çəkmiş, maddi yardım göstərilmiş və məzarlarını ziyarət etmişlər. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etmişlər.
                                                ***
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Memarlıq və tikinti şöbəsinin müdiri Abbas Mikayılov, rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Fuad Mənsimov, rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov , Ərkivan qəsəbə izibati ərazi nümayəndəsi Əhməd Əhmədov torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək şəhidlik zirvəsinə ucalan Əsgərli Nurlan Bayram oğlu, Əsgərli İntiqam Bayram oğlu və Vəliyev Balaqardaş Fərhad oğlunun, Quliyev Əli Turac oğlunun, Salayev Amid Yadulla oğlunun, Əlizadə Famil Habil oğlunun, Şirəliyev Sahib Yusif oğlunun, Seyfullayev Sənan Mətləb oğlunun, Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalan mayor Novruzov Anar Gülverdi oğlunun ailələrini və məzarlarını ziyarət etmişlər.
Şəhidlərimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailələrin qayğıları dinlənilib.
Ziyarət zamanı Anar Novruzovun qızı Ərkivan qəsəbə C.Cabbarlı adına 1 saylı tam orta məktəbin məzunu Novruzova Firuzə Anar qızı 2020-2021-ci tədris ilində tələbə adını qazanaraq ali məktəbə daxil olduğu üçün Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.
 

 




                                       
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад