Главная > Siyasət > “Dəmir Yumruq” əməliyyatı

“Dəmir Yumruq” əməliyyatı


24-09-2021, 14:01. Разместил: yeni321
 
“Dəmir Yumruq” əməliyyatı

      27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusuna bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Ukrayna, Pakistan, Türkiyə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, oktyabrın 17-də və 25-də Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərdən çox hərbi qulluqçusu şəhid olmuşdur. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa Şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlar tam dayandırılmışdır.
   Azərbaycanin güclü yenilməz ordusunun bizə qazandirdiqi bu möhtəşəm qələbənin nəticəsi olaraq məcburi köçkünlərimizin doğma yurd-yuvalarina qayıtmasindan ötrü Cənab Prezidentimiz İlham Əliyev və onun əyrafinda sıx birləşən xalqimiz çox böyük quruculuq işləri görülür. Prezident İlham Əliyevin  növbəti  uğurlu siyasəti kimi 15 iyunda Qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Şuşada birgə imzalanan “Şuşa Bəyənnaməsini” imzalamaqla bu münaqişənin həlli bir daha  dünya ölkələrinin nəzərinə bir mesaj olaraq çatdırıldı.

Çingiz Quliyev,
Masallının fəal gənciшаблоны для dle 11.2
Вернуться назад