Главная > Siyasət > Qalib xalqının qəhrəman Ordusu
Qalib xalqının qəhrəman Ordusu24-09-2021, 14:04. Разместил: yeni321 |
Qalib xalqının qəhrəman Ordusu 2016-cı ilin aprel döyüşləərindən sonra tam əmin olduq ki, artıq Azərbaycanın rəşadətli ordusu var və hər an torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdır. Məhz elə bu döyüşlər torpaqlarımızın tez bir zamanda işğaldan azad olunacağına inamımızı artırdı. Biz gördük ki artıq Azərbaycan ordusu 90-cı illərin əvvəllərindəki ordu deyiı. Və bu ordunun qarşısında qoyulan əsas vəzifə isə illərlə düşmən tapdağında qalan torpaqlarımızı işğaldan azad etməkdir. 2020-ci ilin sentyabr ayının 27 – də düşnənin növbəti təxribatına cavab olaraq başlayan və 44 gündən sonra zəfərlə başa çatan döyüşdə Müzəffər Azərbaycan Ordusu onun qarşısında duran vəzifənin öhdəsindən məharətlə gəldi. 30 illik həsrətə son qoyuldu. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəlməli idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu torpaqlarimizı düşmən tapdağından azad etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdik. Şəhidlərimizin qanını yerdə qoymadıq. Düşməndən intiqamımızı döyüş meydanında aldıq. Bax budur qalib xalqın qəhrəman Ordusu.Qalib xalqın Müzəffər Ordusu. Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi. Amma bunun əksinə olaraq Ermənistan rəhbərliyinin Azərbaycanın tarixi şəhəri olan Şuşada rəqs edərək, “Qarabağ Ermənistandır və nöqtə” deməsi münaqişənin hərbi yolla həll olunmasından başqa variantının olmadığını ortaya qoydu. Bu sözlərin cavabını cənab Prezident Soçidə keçirilən “Valday” Beynəlxalq Diskusiya Klubunun iclasının Plenar sessiyasında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə verdi. Əslində Ermənistan rəhbərliyinin cənab Prezident İlham Əliyevin qarşısında çarəsiz duruma düşməsi birinci dəfə deyildi. Münhen şəhərində baş tutan debat zamanı İlham Əliyev bütün dünyanın gözü qarşısında Nikol Paşinyana tarix və siyasət dərsi vermişdi. 44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi Bu müharibə dünya hərb tarixinə yeni bir səhifə açdı. Vətən Müharibəsi zamanı əldə edilən Böyük Qələbə eyni zamanda strateji planlaşdırmanın və peşəkar komandanlıq nümunəsidir. Cənab Prezident çıxışlarında bildirdi ki, planlaşdırma və vahid komandanlıq olmadan qələbənin əldə olunması mümkünsüzdür. Bütün elementlərin düzgün kombinasiyası yəni kəşfiyyat, artilleriya, pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpusları, bütün bunlar qələbəni təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar zamanı xalq bir yumruq kimi birləşərək cənab Prezidentin və şanlı ordumuzun yanında oldu. İşğaldan azad olunan hər qarış torpağın uğrunda şəhid olan itgilərimiz oldu. 3000-ə yaxın şəhid verdik. Mənfur düşmən hərbi əməliyyatlar zonasından kənarda yerləşən böyük şəhərlərimizi ballistik raket atəşinə tutdu. Ancaq xalqımızın iradəsini qıra bilmədi. Cənab Prezident İlham Əliyevin dediyi kimi xalq-Prezident və ordu birliyi bir yumruq olub düşmənin belini qırdı. “Dəmir yumruq” əməliyyatı dünyaya şanlı Azərbaycan ordusunun gücünü göstərdi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bəli, şanlı ordumuz Azərbaycan xalqını qalib etdi. Artıq biz qalib xalqıq. Dünya xalqları arasında öz sözünü demiş xalqıq. Bəli 44 günlük Vətən müharibəsi Müzəffər Azərbaycan Ordusunun Qəhrəmanlıq dastanıdır. Gələcək nəsillər bu dastanı dönə-dönə oxuyacaq, torpaqlarımızın azadlığı uğrunda canından keçən hər bir şəhidimizin xatirəsini həmişə uca tutacaq. Əntiqə Tağıyeva, Masallı rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru Вернуться назад |