Главная > Siyasət / Dünya Xəbərləri / Manşet > Masallıda 27 sentyabr Anım Günü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib
Masallıda 27 sentyabr Anım Günü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib27-09-2021, 17:50. Разместил: yeni321 |
Masallıda 27 sentyabr Anım Günü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib Sentyabrın 27-də Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarınından keçmiş əsgər və zabitlərimizin xatirəsinə ehtiram olaraq 27 sentyabr – Anım Günü ilə əlaqədar Masallının Qəhrəmanlar Parkında tədbir keçirilib. Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon sakinləri iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub. İlk olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Anım Günü ilə əlaqədar yayımlanan xalqa müraciəti canlı olaraq izlənilib. Mərasimdə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının xatirəsi ehtiramla yad olunub, Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olan Zəfərimiz barədə iştirakçılara geniş məlumat verilib. Masallı RİH başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov, Milli Qəhrəman Səfəralı Məmmədovun anası Şahdəstə Məmmədova, iki şəhid anası Ziba Əsgərova, Masallı Ağsaqqallar Şurasının sədri, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, yazıçı-publisist Ələşrəf Niftiyev, müharibədə sağ qolunu itirən qazi Daməd İbrahimli, QMİ-nin Masallı üzrə qazısı Rəşid Talıbov və başqaları böyük Zəfərin qazanılmasında, müharibədən sonrakı proseslərdə, o cümlədən şəhid və qazilərə, Vətən müharibəsi iştirakçılarına dövlət qayğısının təmin edilməsi istiqamətində atılan addımlardan danışıblar. Çıxışlarda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şanlı döyüş yolu, böyük Zəfərin qazanılmasında qardaş Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstək yüksək qiymətləndirilib. Vurğulanıb ki, qədirbilən Azərbaycan xalqı böyük Zəfəri bizə yaşadan şəhid və qazilərimizin qəhrəmanlığını heç zaman unutmayacaq. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin reallaşdığı xatırlanıb. Çıxış edənlər ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildiriblər. Bir qrup döyüşçü və ailələrinə «Cəbrayılın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları təqdim edilib. Sonra Masallı Dövlət Regional Kollecinin tələbələrinin ifasında Vətən müharibəsindən bəhs edən «Vətən var olsun!» adlı ədəbi-bəii kompozisiya nümayiş olunub. www.yeniheyet.az Вернуться назад |