Главная > Siyasət > Milli birlik və ümumxalq ehtiramın təcəssümü
Milli birlik və ümumxalq ehtiramın təcəssümü29-09-2021, 10:19. Разместил: yeni321 |
Milli birlik və ümumxalq ehtiramın təcəssümü 2020-ci ilin sentyabrın 27-də Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələr endirərək müharibənin ilk günündən təşəbbüsü ələ alaraq bir dəfə də olsun geriyə çəkilmədən ancaq irəliyə doğru getmişlər. Müzəffər Ali Baş Komandan ,Prezident ilham Əliyev 27 sentyabr –Anım günü ilə əlaqədar xalqa etdiyi müraciətdə söyləmişdir :” Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq. Ancaq mənfur düşmən, - baxmayaraq ki, onların əlində əlverişli mövqelər var idi, ərazinin relyefi onlara böyük üstünlük təşkil edirdi, baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu, - geri getməyə məcbur olmuşdur. 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrində bir nəfər də olsun fərari olmamışdır. Ancaq Ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, onların fədakarlığı heç vaxt unudulmayacaq. Biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi.” Azərbaycan Prezidentinin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin mərdanə, kişi kimi döyüşməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi və əlli milyonluq azərbaycanlıların ürəyində qubar bağlayan Qarabağ yarasına əlac tapıldı. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır. Vətən müharibəsində rəşadətlə döyüşmüş, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentiyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alınmışdır. 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itgin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edilmişdir. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimi keçirilmişdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi bu ümumrespublika, ümxalq tədbiri Azərbaycanda milli birlik və ümumxalq ehtiramın təcəssümüdür və 27 Sentyabr - Anım Günü Azərbaycanın bu günü üçün, gələcəyi üçün şox böyük əhəmiyyətə malikdir. 27 sentyabr tarixində Respublikamızın bütün bölgələrində olduğu kimi Masallı rayonumuzda da Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin yad olunmasına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Əntiqə Tağıyeva, Hişkədərə kənd sakini Вернуться назад |