Главная > Siyasət > Fransa Minsk qrupuna daxil olan ölkədir və regionda sülhə dəstək verməlidir

Fransa Minsk qrupuna daxil olan ölkədir və regionda sülhə dəstək verməlidir


1-10-2021, 15:53. Разместил: yeni321
Fransa Minsk qrupuna daxil olan ölkədir və regionda sülhə dəstək verməlidir

Prezident İlham Əliyev 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə verib.
44 günlük Vətən müharibəsi bitdikdən sonra azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinin aparılması ən prioritet məsələlərdən biridir. Artıq bir çox layihələrin həyata keçirilməsinə start verilib və yaxın zamanda Qarabağ bölgəsi respublikamızın ən inkişaf etmiş bölgələrindən biri olacaqdır. Təbii ki, bu genişmiqyaslı işlərin həyata keçirilməsində bizə yardımçı olan xarici ölkələrin şirkətləri var. Postmüharibə dövründə Cənubi Qafqaz regionunda yeni imkanlar yaranır və bu imkanlardan yararlanmaqdan ötrü bir çox xarici ölkələr Azərbaycanın mövqeyini qəbul edərək dəstək verirlər. Ölkə rəhbərimiz bütün müsahibələrində dövlətimizin Ermənistanla sülh danışıqlarına açıq olmasını bəyan edir. Buna baxmayaraq xarici medialarda dövlətimizə qarşı qeyri-obyektiv ittihamlar irəli sürülürdü. Bu günlərdə dövlət başçımız “France-24” televiziya kanalına müsahibə verən zaman da Azərbaycanın rəsmi mövqeyini bütün dünyaya çatdırdı. Ermənistanda revanşizm tendensiyalarının mövcudluğu vuğulayan ölkə rəhbərimiz bu tendensiyaların yayılması yolverilməzdir söyləmişdir. Münaqişənin həll olunmasını həzm edə bilməyən Ermənistan müharibə zamanı əsir düşmüş erməni əsgərləri barədə haqsız ittihamlar səsləndirirdi, lakin onların hər biri qaytarılmışdır. Yalnız müharibə bitdikdən sonra cinayət törətmiş şəxslər məhkəmə qarşısında öz əməllərinə cavab verməli oldular və layiqli cəzalarını aldılar. Mövcud şəraitdə ölkəmiz həmişə olduğu kimi sülh danışıqlarına hazırdır, lakin Ermənistan rəhbərliyi barışmaz mövqeyini nümaiş etdirir və bunula da öz dövlətini Cənubi Qafqaz bölgəsində ən geridə qalmış ölkəyə çevirmək istəyir. Fransanın Ermənistana qarşı tarixən dost mövqedə olduğundan xəbərdarıq. Dövlət başçımızın qeyd etdiyi kimi, Minsk qrupuna daxil olan ölkə öz bitərəf mövqeyini saxlamalıdır. Son zamanlar Fransanın mövqeyində dəyişikliklər yaranmağa başlayır. Bizim Fransa ilə çoxtərəfli iqtisadi əlaqələrimiz var. Azərbaycan-Fransa münasibətlərinin çoxəsirlik tarixi var. Bütün bunları nəzərə alaraq ümid edirik ki, Fransa regionda sülhə və iqtisadi inkişafa kömək edəcək.
 
Aybəniz Novruzova,
Masallı şəhər sakiniшаблоны для dle 11.2
Вернуться назад