Главная > Siyasət > Masallıda şəhid Kənan Şahbazovun anım mərasimi

Masallıda şəhid Kənan Şahbazovun anım mərasimi


2-10-2021, 16:54. Разместил: yeni321
Masallıda şəhid Kənan Şahbazovun anım mərasimi 

Masallı rayonunun Kəlbəhüseynli kəndində Vətən müharibəsinin şəhid əsgəri Kənan Şahbazovun il mərasimi keçirilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş əsgər Kənan Şahbazovun anım mərasimi şəhidin evində olub.
Mərasimdə Masallı RİH başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, kənd sakinləri və s. iştirak ediblər.
Rayon rəhbəri qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar...
Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad edilib, onlara Allahdan rəhmət dilənib.
Çaxırlı kənd qəbiristanlığında uyuyan şəhid əsgər Kənan Şahbazovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
 
Məlumat üçün bildirək ki, Kənan Natiq oğlu Şahbazov 23 iyul 2002-ci il tarixdə Masallı rayonunun Kəlbəhüseynli kəndində   anadan olmuşdur. 2008-ci ildə Bakı şəhərinə yollanaraq, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 nömrəli məktəbin birinci sinfinə daxil olmuşdur.
2010-cu ildən Kənan valideynlərinin işi ilə əlaqədar Rusiya Federasiyasının Kazan şəhərinə köçmüş, orta təhsilini orada davam etdirmişdir. Sonra yenidən Bakı şəhərinə qayıtmış və Xətai rayonunda, 138 nömrəli tam orta məktəbində təhsil almışdır.
Qaydasız döyüşlər idman növü ilə məşğul olmuş, uşaqlar arasında ölkə və Rusiya yarşılarında Diplom və medallara layiq görülmüşdür.
2019-cu ildə Rusiya Federasiyasının Kazan şəhərində yerləşən “Açıq Federal Universitet”in hüquqşünaslıq fakültəsinin əyani şöbəsinə daxil olmuş, həmin fakültədə birinci kursu (əyani) bitirdikdən sonra 2020-ci ildə ikinci kursa (qiyabi) keçirilmişdir.
Kənan Şahbazov 2020-ci ilin iyul ayında Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissələrinin birində müddətli həqiqi hərbi xidmətdə çağırılıb. Üç aya yaxın idi ki, hərbi hissədə xidmətə başlamışdı...
Azərbaycan Ordusunun əsgəri Kənan Şahbazov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan Füzuli rayonu istiqamətində ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş, həmin döyüşlərin birində düşmən gülləsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışdır.
O, oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi...
Şəhidin nəşi 2 oktyabr 2020-ci il tarixdə Çaxırlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin böyük izdihamla keçirilən dəfn mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və rayon rəsmiləri iştirak etmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Masallı rayonunun Kəlbəhüseynli kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Kənan Şahbazov ölümündən sonra «Vətən uğrunda» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад