Главная > Siyasət > Masallı RİH başçısının yeni kadr təyinatı
Masallı RİH başçısının yeni kadr təyinatı7-10-2021, 16:46. Разместил: yeni321 |
![]() Masallı Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub. ![]() Məlumat üçün bildirək ki, Afəddin Kərimov 18 noyabr1982-ci ildə Masallı rayonunun Əminli kəndində anadan olmuşdur. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalvr təhsili almışdır. 2005-2012-ci illərdə Masallı rayonunun Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrdinə çalışmış, 2012-2017-ci illərdə Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı RİHB aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2021-ci ilədək Masallı RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışmışdır. Ailəlidir, 3 övladı var. www.yeniheyet.az Вернуться назад |