Главная > Siyasət > Masallıda şəhidlərin anım mərasimləri

Masallıda şəhidlərin anım mərasimləri


7-10-2021, 17:39. Разместил: yeni321
 Masallıda şəhidlərin anım mərasimləri keçirilib 

Masallı rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri – baş leytenant Əlimərdan Fəttah oğlu Quluzadənin və əsgər Musa Əlövsət oğlu Mustafayevin anım mərasimləri keçirilib.
Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
 
Şəhid baş leytenant Əlimərdan Quluzadə 1993-cü il fevralın 14-də Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub.
2000-ci ildə Birinci Yeddioymaq kənd məktəbinə daxil olub, dördüncü sinfə qədər bu məktəbdə oxuyub.
Orta təhsilini beşinci sinfi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə davam etdirib, 2008-ci ilə kimi, səkkizinci sinfi qurtarana qədər həmin məktəbdə təhsil alıb.
Beləliklə, həyatını hərb sənətinə bağlayan gənc 2018-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi almışdır.
Sonra Azərbaycan Ordusunun baş leytenantı Əlimərdan Quluzadə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib. Belə ki, 2015-2020-ci illərdə baş leytenant kimi Bakı şəhərinin Müşfiq qəsəbəsində yerləşən «N» saylı hərbi hissədə Vətənə xidmət borcunu şərəflə yerinə yetirib.
2016-cı il uğurlu Aprel döyüşlərinin içtirakçısı olub.

Orduda nümunəvi zabit kimi xidməti göstərdiyinə görə 2013-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" və 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medallarına layiq görülüb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə hünər göstərən baş leytenant Əlimərdan Quluzadə oktyabrın 6-da Füzulidə gedən qanlı döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
Masallı rayonunun Birinci Yeddioymaq kəndindən olan Vətən müharibəsinin şəhid baş leytenantı Əlimərdan Quluzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda» və «Cəbrayılın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Şəhid 7 oktyabr 2020-ci il tarixdə Birinci Yeddioymaq kənd qəbiristanlığında izsdihamla torpağa tapşırılıb.
 
Musa Mustafayev 23 mart 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olmuşdur.
2007 ci ildə M.Qarayev adına Sığıncaq kənd orta məktəbinin birinci sinfinə daxil oilmuş, 2016-cı ilədək bu məktəbdə doqquzuncu sinfə qədər təhsil almışdır. Elə həmin il Cəlilabad rayonundakı Göytəpə qəsəbəsində yerləşən texniki litseyə qəbul olunmuş, 2019-cu ildə isə həmin litseydə geniş profilli traktorçu-maşinist, çilingər-sürücü ixrtisasına yiyələnmişdir.
Daha sonra Musa Mustafayev 2019 — cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad şəhərində yerləşən "N" saylı hərbi hissəsində, sərhəd zastavasında müddətli həqiqi hərbi xidmətə başlamışdır. Keçən ilin yanvar ayında Ordudan evə tərxis olunacaqdı. Amma...
Azərbaycan Ordusunun əsgəri Musa 2020-ci il sentyabrın 27-də məqsədinə nail olaraq Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı, II Qarabağ döyüşlərində, Füzulinin azadlığı uğrunda gedən vuruşmalarda böyük şücaət göstərmiş, düşmənin bir sıra mövqelərinə sarsıdıcı zərbələr endirmişdir.

Cəsur əsgər 19 yaşında, oktyabrın 6-da Füzuli döyüşləri zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.
7 oktyabr 2020-ci il tarixdə Xoşçobanlı kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.
Masallı rayonunun Xoşçobanlı kəndindən olan Vətən müharibəsinin şəhid əsgəri Musa Əlövsət oğlu Mustafayev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", «Cəsur döyüşçü» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад