Главная > Siyasət > Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır

Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır


8-10-2021, 08:21. Разместил: yeni321
Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır
 
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 2 oktyabr tarixində  İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Dağlıq Qarabağ  müharibəsindən sonra Ermənistanla  bir araya gəlməyə hazırsınızmı sualını cabavlandırarkən  bildirmişdir ki, danışıqlar və təmaslar başlamışdır. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.
     Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırıldıqları “qurum” un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil . Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
    Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə- Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhtəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil. Qısaca desək, status məsələsi yoxdur və hər kəs bu məsələni unutmalıdır.

Məhbubə Ağayeva,
 Masallı rayon Mərkəzi Xəstəxanasının tibb bacısıшаблоны для dle 11.2
Вернуться назад