Главная > Siyasət > Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir


9-10-2021, 12:46. Разместил: yeni321
Sürətli bərpa və quruculuq işləri Azərbaycanın gücünün göstəricisidir

        Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Azərbaycan Ordusunun qısa zaman ərzində-44 gündə işğal altında olan tarixi torpaqlarımızın düşmən əsarətindən geri qaytarması hazırda bu ərazilərdə bərpa prosesinin sürətlə aparılmasına zəmin yaradıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu torpaqlarda mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Şübhəsiz ki, bu bərpa prosesi Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının güclənməsini, bununla da ölkəmizin sürətli inkişafını şərtləndirəcək.. Azərbaycanın işğaldan azad olunan torpaqlarında üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, bostançılıq və heyvandarlığın inkişafı üçün səmərəli istifadə etmək ehtiyatı mövcuddur. Eyni zamanda, bölgədə emal və ərzaq sənayesinin inkişafı potensialı da yetərincədir. Məsələn, kənd təsərrüfatı sahələrindən arıçılıq və maldarlıq, taxılçılıq, gön-dəri emalı potensialı işğaldan azad edilən digər rayonlarımızla yanaşı, Kəlbəcər və Laçında da güclüdür. Bu sahələrə diqqət yetirməklə adları çəkilən rayonları inkişaf etdirmək məqsədəuyğundur.
İşğalda olan ərazilərimiz, həm də su ehtiyatları ilə zəngindir. Belə ki, su ehtiyatlarının 72,7 faizi ölkə xaricində formalaşan Azərbaycanın işğal altında olan su resurslarına çıxışı əhəmiyyətlidir. Bu ehtiyatlardan həm içməli su, həm meliorasiya, həm də elektrik enerjisi istehsalı üçün istifadə ediləcək. Azərbaycan su ehtiyatlarını səmərəli idarə etməklə həm Ermənistanın Azərbaycana qarşı apardığı hidro müharibəyə son qoyacaq, həm də Ermənistanın özünə də nəzarət imkanı qazanacaq. Xüsusən də Kəlbəcər və Laçın rayonları şirin su ehtiyatları ilə zəngindir, hətta Ermənistanın şirin su mənbəyi olan Göyçə gölünü qidalandıran Arpa və Bərgüşad çaylarının da mənbəyi bu rayonlardadır.Kəlbəcər və Laçın rayonlarında zəngin yeraltı dağ-mədən ehtiyatları bu sahəni inkişaf etdirməyə imkan verir. Eyni zamanda, Laçın və Kəlbəcərdə dağ turizmi, ekoturizm, müalicəvi turizm, mədəni turizm potensialından səmərəli istifadə edərək Qarabağın iqtisadi dirçəlişinə töhfə vermək mümkündür.
Azərbaycanda elmin inkişaf səviyyəsi, intensiv istehsal texnologiyaları, innovativ becərmə üsulları və digər amillər də Kəlbəcər və Laçının bu zəngin potensial imkanlarından səmərəli istifadə etməyi və yüksək göstəricilər qazanmağı şərtləndirəcək”.
 Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.
         Ölkə başcımız “ Biz öz ərazimizdəyik.”  deyərək ərazilərdə quruculuq işlərinə xüsusi əhəmiyyət verir. Regionda yeni dövr başlayır.Ölkə başcımız “Bütün bu dağıntılara, barbarlığa, vəhşiliyə baxmayaraq, biz gələcəyə baxmalıyıq. Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası, sülh müqaviləsi, bir-birinin ərazi bütövlüyünün tanınması istiqamətində, ondan sonra iqtisadi əlaqələrin bərpası, nəqliyyat kommunikasiyalarının açılması, bütün bunlar gündəlikdə olan məsələlərdir.”demişdir
İşğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı Azərbaycan hökumətinin prioritetidir. Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan geniş miqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən irimiqyaslı layihələr dövlətimizin iqtisadi gücünün göstəricisidir.

Əntiqə Tağıyeva,
Masallı rayonU, Hişkədərə kənd sakiniшаблоны для dle 11.2
Вернуться назад