Главная > Siyasət > Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır

Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır


9-10-2021, 12:47. Разместил: yeni321
Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır
 
      Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi.    Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi.
   Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün , manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son günlərinə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.
     Suqovuşan qəsəbəsi uğurunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı içində idi. Təsadüfü deyil ki, Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. Onlar görürdülər ki, bizim qabağımızıda dura bilmirlər. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.
    Düşmən müharibənin ilk günlərindən başa düşməyə başladı ki, onların bütün təbliğatı, yalanları, sadəcə uydurmadır. Düşmən tərəfindən yayaılan dezinformasiyalar rəsmi İrəvanı və Ermənistan ordusunhu daha çətin vəziyyətə saldı.
   Şəhidlərimizin  ruhu qarşısında baş əyirəm ! Biz həmişə sizə borcluyuq-bu torpağa ayağımızı basdıqca, bu havanı ciyərlərimizə çəkdikcə, bu günəşin istisinə qızındıqca….    
 Bütün şəhidlərimizin ruhu şad olsun !

Aygün Xəlilova,
Masallı şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimiшаблоны для dle 11.2
Вернуться назад