Главная > Siyasət > Masallıda şəhid İbrahim Lələyevin anım mərasimi

Masallıda şəhid İbrahim Lələyevin anım mərasimi


11-10-2021, 17:17. Разместил: yeni321
Masallıda şəhid İbrahim Lələyevin anım mərasimi 

Oktyabrın 11-də Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsinin şəhid əsgəri İbrahim Həzrətqulu oğlu Lələyevin anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
RİH başçısı Ş.Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan İbrahimin qəhrəmanlıq yolundan danışıb.
Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igid əsgərin məzarı ziyarət edilib. Ziyarət zamanı şəhidin məzarı üstə gül dəstələri düzülüb, ruhuna dualar oxunub
 
İ.Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur.
2002-2014-cü illərdə şəhid Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb.
6 İyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidməti Qazax rayonunun Kəmərli kəndində yerləşən «N» saylı hərbi hissədə keçirib. 2016-cı il aprel döyüşlərində iştirak edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.
 
İbrahim oktyabrın 8-də Füzuli döyüşləri zamanı şəhid olub.10 oktyabr 2020-ci il tarixdə Hişkədərə kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci iul tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və icra başçısına dərin minnətdarlığını bildirib.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад