Главная > Siyasət > Masallı RİH yanında İctimai Şuranın növbəti yığıncağı
Masallı RİH yanında İctimai Şuranın növbəti yığıncağı11-10-2021, 17:23. Разместил: yeni321 |
Masallı RİH yanında İctimai Şuranın növbəti yığıncağı Oktyabrın 11-də Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib. Tədbiri İctimai Şuranın sədri, «Tərəqqi» medallı Əyyub Mehdiyev açıb. Sonra dinləmələr olub. Aparılan müzakirələr, irəli sürülən təkliflər göstərib ki, şura obyektivlik və qərəzsizlik prinsiplərini rəhbər tutaraq komanda şəkilində fəaliyyət göstərir. Çıxış edən natiqlər – Əyyub Mehdiyev, Cəmil Məmmədov və başqaları qeyd ediblər ki, Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şura ilə əməkdaşlığa və birgə işləməkdə maraqlıdır, şuranın effektiv fəaliyyəti üçün dəstək verir. Yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət qurumları ilə ictimaiyyət arasında səmərəli, qaşılıqlı fəaliyyətin təşkili, onların fəaliyyətində şəffaflığın təmin olunması, vətəndaşların qanuni maraqlarının nəzərə alınması diqqət mərkəzində olmalıdır. Qeyd olunub ki, ictimai rəyin öyrənilməsi üçün ictimai müzakirə və dinləmələrə daha çox meydan verilməli, qərəzsizlik, tərəfsizlik əsas iş prinsipinə çevrilməlidir. Tədbirin sonunda şura üzvlərinə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun imzası ilə təsdiq edilmiş vəsiqələr təqdim olunub. www.yeniheyet.az Вернуться назад |