Главная > Siyasət > Xüsusi əhəmiyyət daşıyan həbi əməliyyat

Xüsusi əhəmiyyət daşıyan həbi əməliyyat


14-10-2021, 09:00. Разместил: yeni321
Xüsusi əhəmiyyət daşıyan həbi əməliyyat
           
Azərbaycan üçün uğur, işğalçı Ermənistan üçün uğursuzluq Hadrutdan başlayırdı. Ən ağır, gərgin keçən döyüşlər Hadrutda baş verdi. Düşmənin müqaviməti nə qədər güclü idisə, Hadrut üçün döyüşən  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, cəsarəti, inamı da bir o qədər güclü idi.
 Hadrut əməliyyatı  xüsusi əhəmiyyət daşıyan bir hərbi əməliyyat  idi . Qarabağın azad edilməsinin açarı idi bu əməliyyat - həm hərbi nöqteyi-nəzərdən, həm də strateji nöqteyi-nəzərdən. Ona görə də hamının nəzərləri bu əməliyyatın necə yerinə yetirilməsinə dikilmişdi.
Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev "Hadrut qəsəbəsinin işğaldan azad olunmasının" birinci ildönümü ilə bağlı görüş iştirakçılarını və Azərbaycan xalqını təbrik edib. “Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq. Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malikdir, çünki dağlıq ərazidir. Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər. Çünki hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi. Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik.”söyləmişdir
  Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri  uğurlu hərbi manevr etmişdi.
Ermənistan tərəfdən Hadrutun itirilməsi haqqında  yalan xəbərlər yayılırdı. Bu yalanlar təlaşın, düşmənin belinin qırılmasının şiddətli ağrısının nəticəsində ortaya çıxırdı. Amma Ermənistan mətbuatının yalanları dövriyyədə ikən, Hadrut əməliyyatı artıq saatlar öncə uğurla başa çatmış, 1992-ci ilin 2 oktyabrında işğal edilmiş bu qəsəbə öz azadlığına qovuşmuşdu - 2020-ci il 9 oktyabrda.
    Bəli biz qayıtmışıq. Biz bu qayıdışa Ali Baş Komandan İlham Əliyev cənablarına, Müzəffər ordumun əsgər və zabitlərinə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin,qazilərimizə şəfa versin, əsgərlərimizi qorusun.
   Yaşasın Ali Baş Komandan!

Əntiqə Tağıyeva,
 Masallı rayonu, Hişkədərə kəndiшаблоны для dle 11.2
Вернуться назад