Главная > Siyasət > Azad oldu torpaqlar
Azad oldu torpaqlar14-10-2021, 09:02. Разместил: yeni321 |
Azad oldu torpaqlar İşğal sözünün azad sözü ilə əvəz olunması,necədə möhtəşəm duyğulardı,necə gözəl səslənir... "İşğaldan azad olundu" cümləsi: Necə sevindirici, necə qürur vericidi hisslərdi, bu cümləni dönə dönə səsləndirmək. Bəli üç kəlməyə sığan bir cümlə özündə neçə böyük məna daşıyır. "Fizuli şəhəri şəhəri 17 oktaybr 2020 ci il tarixində işğaldan azad oldu".Bəli azad olub,azadlığına qovuşub,rahat nəfəs alaraq çiçəklənib,canlanıb,doğmalarına qucaq açaraq bağrına basıb.Viranəyə çevrilmiş yerlərin gözəlliklə əvəzlənməsi,xarabalığa döndərilmiş ərazilərin abadlaşdırılması...Bax budur üç kəlmənin sevinci.Necə tarixi abidələrin dağıdılması məyusluq versədə,yenidən qurulub-yaradılması böyük ümid,qürur verdi. Zəngin infrastruktur qurulacaq azad Fizulidə. Şanlı Azərbaycan ordusunun Şanlı zəfərləri.Şanlı Azərbaycanın Şanlı Qələbəsi. Biz artıq zəfər gününü azad olunmuş torpaqlarda qeyd edəcəyik. İllərdən bəri olan həsrətə son qoyuldu artıq. Bütövləşən Azərbaycan, suverenliyini bərpa edən Azərbaycan daima yaşa. Var ol, Azərbaycanım. Aytəkin Nağıyeva, Masallı rayonu, Viləş kəndi Вернуться назад |