Главная > Siyasət > Bu gün şəhid İbrahim Rükabzadənin doğum günüdür

Bu gün şəhid İbrahim Rükabzadənin doğum günüdür


14-10-2021, 11:40. Разместил: yeni321
Bu gün şəhid İbrahim Rükabzadənin doğum günüdür

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İbrahim Rükabzadənin doğum günüdür.
İbrahim Rasif oğlu Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olub. 2017-ci ildə Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayının 8-də həqiqi hərbi xidmətə yollanıb.
Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonununda “N” saylı hərbi hissəsində dəvam etdirib. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
 
Azərbaycan Ordusunun əsgəri İbrahim Rasif oğlu Rükabzadə 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu, Cəbrayıl şəhərinin, Zəngilan, Qubadlı və Xocavəndin alınmasında iştirak edib.
İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 23 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı rayonunun Boradigah qəsəbə qəbiristanlığında izdihamla torpağa tapşırılıb. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri İbrahim Rasif oğlu Rükabzadə Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Kəlbəcərin azad olunmasına görə","Xocavəndin azad olunmasına görə","Vətən uğrunda","Cəsur döyüşçü", "Şücaətə görə" medalları ilə təltif olunub.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад