Главная > Siyasət > Masallıda şəhid Sənan Səlimovun anım mərasimi

Masallıda şəhid Sənan Səlimovun anım mərasimi


14-10-2021, 15:50. Разместил: yeni321
Masallıda şəhid Sənan Səlimovun anım mərasimi

Oktyabrın 14-də Masallı rayonunun Təzə Alvadı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Sənan Nasif oğlu Səlimovun anım mərasimi keçirilib.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.
Masallı RİH başçısı Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Sənanın qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Nasifin yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Sənanlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.
Sənan Nasif oğlu Səlimov 1 aprel 2001-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur.
2007-2016-cı illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil alıb.
Sənan Səlimov 2019-il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Masallı rayonu Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhidi əsgər Sənan Nasif oğlu Səlimov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edilib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад