Главная > Siyasət / Təhsil > Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü qeyd edilib

Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü qeyd edilib


14-10-2021, 17:22. Разместил: yeni321
Masallıda Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü qeyd edilib 

Oktyabrın 14-də S. Məmmədov adına Sərçuvar kənd tam orta məktəbində Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) doğum günü ilə əlaqədar tədbir keçirilib.
Milli Qəhrəmanin abidəsi önündə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
 
Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin, Sərçuvar kənd ərazi nümayəndəliyinin əməkdaşları, Milli Qəhrəmanın ailə üzvləri və kənd sakinlərinin iştirak etdiyi tədbirdə qəhrəman polisin həyatı və döyüş yolu barədə danışılıb, şagirdlərin ifasında əbədi-bədii kompozisiya nümayiş etdirilib.Sonra Milli Qəhrəmanin ev muzeyi və məzarı ziyarət olunub.
Tədbir məktəbin gənc müəllimləri İlahə Əlili və Həsən Oruczadənin təşkilatçılığı ilə hazırlanıb.
 
Məlumat üçün bildirək ki, Bildirilib ki, Səfəralı Qurban oğlu Məmmədov 1963-cü ilin oktyabr ayının 16-da Masallı rayonunun Sərçuvar kəndində dünyaya göz açmışdır. 1981-ci ildə doğma kənddə orta məktəbi bitirmişdir.
1981-ci il S.Məmmədov hərbi xidmətə çağırılmışdır. S.Məmmədov iki il Minsk şəhərində qulluq etdikdən sonra 1983-cü ildə ordudan tərxis olunur və Krasnodar şəhərinə gedir. Burada həmyerlilərinin köməyi ilə Daxili İşlər Orqanlarında işə düzəlir. O, müəssisədənkənar mühafizə şöbəsində milis nəfəri kimi fəaliyyətə başlayır və az müddətdə xüsusi bacarığı ilə ad-san qazanır. Təsadüfi deyil ki, o, xidmətinin ilk ilində iki dəfə mükafatlandırılır.
1988-ci ildə S.Məmmədovun səmərəli xidmətini nəzərə alaraq onu Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsində təhsil alamağa göndərirlər.
1990-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərərk leytenant rütbəsi alır. Bundan sonra xidmətini davam etdirmək üçün Vətənə qayıdır.
S.Məmmədova Bakı aeroportunda işləməyi təklif edirlər. O, inadla Qarabağın ən qaynar nöqtələrinə göndərilməsini təkid edir. Ağdam RDİŞ-də post-patrul xidmətində vzvod komandiri təyin edilən S.Məmmədov ilk gündən döyüş meydanına atılır. Səfəralının əməliyyatları uğurla keçirdi. Sarışın olması, rus dilini səlis bilməsi onun təkbaşına ermənilərin arasına getməsinə şərait yaradırdı.
S.Məmmədov Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində neçə-neçə ermənini girov götürmüşdü.
 
1992-ci ilin fevral ayının 16-da azğınlaşmış ermənilər Xocavənd rayonunun Qaradağlı kəndində görünməmiş vəhşiliklər törədəndə Səfəralının başçılıq etdiyi dəstə hücuma keçib düşmənə sarsıdıcı zərbələr endirərək çoxlu erməni yaraqlısı və hərbi texnikasını məhv etdi. Bu döyüşdə Səfəralı da qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci tarixli 831 saylı Fərmanı ilə Məmmədov Səfəralı Qurban oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Subay idi.
S.Məmmədov Masallı rayonunun Sərçuvar kəndində dəfn edilmişdir.
Masallı şəhərindəki küçələrdən biri və təhsil aldığı Sərçuvar kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

www.yeniheyet.az

шаблоны для dle 11.2
Вернуться назад