Главная > Siyasət > Uğurlu strategiyanın varislik modeli
Uğurlu strategiyanın varislik modeli16-10-2021, 14:31. Разместил: yeni321 |
Uğurlu strategiyanın varislik modeli “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Umummilli lider Heydər Əliyev. 18 il öncə xalqımız öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi və bu seçimində yanılmadı. Bu müddət ərzində bütün sahələrdə sürətli inkişafına nail olundu. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Ölkə iqtisadiyyatında töhfə verən qeyri-neft sektorunun çəkisi artırıldı. İri miqyaslı infrastruktur layihələr həyata keçirildi. Nəqliyyat sistemi yenidən quruldu. Müasir idman kompleksləri, səhiyyə, təhsil ocaqları inşa edildi. Yeni iş yerləri açıldı, Azərbaycan idxalçı ölkədən ixrac edən ölkəyə çevrilməyə başladı. Regionların inkişafı, durmadan aparılan abadlıq və yenidənqurma işləri Prezident İlham Əliyevi Azərbaycanda alternativsiz liderə çevirdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini bibaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu - Azərbaycanın gələcək inkişafını təmin edildi. İmzalanan fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərməkdədir. Ölkəmizin 155 dövlətin dəstəyilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Ordu quruculuğu dövlət siyasətimizin prioriteti kimi müəyyən olunması öz nəticəsini göstərdi – dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusu 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün Azərbaycan dövlətçiliyi etibarlı əllərdədir. Respublikamız regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrilib. Ötən dövr ərzində ölkəmizin bütün sahələrdə qazandığı bəlağətsiz uğurlar Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişaf strategiyasının yeni modelinin, eləcə də möhtərəm Prezidentimiz İlham Əliyevin bu işləri müasir dövrün tələblərinə, xalqın maraqlarına uyğun yüksək formada təkmilləşdirərək daha da inkişaf etdirməsinin nəticəsidir. Gənc, müstəqil dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, varislik modeli sayəsində mümkün olub. Müzəffər Komandan, qətiyyətli lider İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 18 illik bir müddətdə xalqın böyük etimadını qazanaraq bir daha sübut etdi ki, Azərbaycanı həm daxili, həm də beynəlxalq miqyasda yalnız o təmsil edə bilər. Südabə Məmmədova, AJB-nin üzvü. Вернуться назад |