Главная > Siyasət > Masallıda şəhidlərin anım mərasimləri

Masallıda şəhidlərin anım mərasimləri


16-10-2021, 18:28. Разместил: yeni321
Masallıda şəhidlərin anım mərasimləri 

Oktyabrın 16-da Masallı rayonunda 44 günlük Vətən müharibəsinin şəhidləri – gizir Elvin Əzizovun (Qarğalıq kəndində), əsgər Elgün Mikayıllı (Xıl kəndində) və  Gülşad Xəlilovun (Kürdəbaz kəndində) anım mərasimləri keçirilmişdir.
Anım mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak etmişlər.
Masallı RİH başçısı Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan igid oğullarımızın qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, onlar təkcə bir ailənin oğlu yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Elvinlər, Elgünlər, Gülşadlar bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…
Şəhidlərin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlıq bildiriblər.
Elvin Əfrail oğlu Əzizov 25 mart 1986-cı ildə Masallı rayonunun Qarğalıq kəndində anadan olub.
1992-2003-cü illərdə şəhid Ədalət Vəliyev adına Qarğalıq kənd tam orta məktəbində təhsil almışdır.
2004-cü ilin aprel ayında həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində davam etdirmişdir.
2005-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətini başa vurmuşdur.
2009-cu ildə gizir kursunu bitirəndən sonra hərbi xidmətini MAXE kimi davam etdirmişdir.
Müdafiə Nazirliyinin 7 mart 2011-ci il tarixli müvafiq əmrinə əsasən "N" saylı hərbi hissədə tank komandiri vəzifəsini yerinə yetirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun giziri Elvin Əzizov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda Füzuli rayonu ərazisində gedən qızğın döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək 15 oktyabr 2020-ci il tarixi günü şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid gizir Elvin Əzizov 16 oktyabr 2020-ci il tarixdə doğulduğu Qarğalıq kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılmışdır.
Ailəli idi.
Elvindən üç övladı-iki qızı və bir oğlu yadigar qalıb...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
   
Elgün Aqil oğlu Mikayıllı 13 may 2001-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur.
2007-2018-cü illərdə Əli bəy Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil almışdır.
2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.
Xıl kənd qəbiristanlığında dəfn edilmişdir.
Elgün subay idi...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

  Gülşad Elşad oğlu Xəlilov 27 mart 2001-ci il il tarixdə Masallı rayonunun Kürdəbaz kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrində, Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət etməyə başlamışdır.
Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür.
Gülşad Xəlilov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olmuşdur.
16 oktyabr 2020-ci ildə şəhid Gülşad Xəlilovun nəşi kənd məzarlığında böyük izdihamla dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Ağdamın azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад