Главная > Siyasət > Torpaq, uğrunda ölən varsa, Vətəndir !
Torpaq, uğrunda ölən varsa, Vətəndir !19-10-2021, 16:49. Разместил: yeni321 |
Torpaq, uğrunda ölən varsa, Vətəndir ! Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işlğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmidir. Qubadlı rayonu Azərbaycan Respublikasının cənub qərbibndə yerləşir. Səthi əsasən dağıqdır. Erməni işğalı nəticəsində buradakı bütün yaşayış məntəqələri, infrastruktur obyektləri, məscidlər, tarixi abidələrimiz dağıdılıb. Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkalar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə , yüksəkliklər götürülməli idi. Çünki, düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbiçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar , Sarıyata, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də də Azərbaycan Silahlı Qüvvəlıri şəhəri düşməndən təmizləyiblər . Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Torpaq, uğrunda ölən varsa, Vətəndir ! Bu gün bizlərin qarşısında duran ümdə vəzifə, əcdadlarımızdan bizə miras qalan Azərbaycanımızın bir qarışını belə əskik olmadan yetişməkdə olan gələcək nəsillərə ötürməkdir. Nurlan Muradov, Masallı rayonunun Köhnə Zuvand kəndi, Vətən müharibəsi veteranı Вернуться назад |