Главная > Siyasət > Ermənistanın cinayətləri

Ermənistanın cinayətləri


20-10-2021, 14:37. Разместил: yeni321
Ermənistanın cinayətləri

       Prezident İlham Əliyev 2021-ci il 15 oktyabr tarixində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında bildirdi ki, hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin,  Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır.
     Azad edilmiş ərazilərdə təqribən 30 illik  işğal dövründə demək olar ki, bütün binalar və tarixi binalar dağıdılıb. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirlər. Füzuli şəhərində və  Füzuli rayonunda bütün kəndlərdə binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “ Qafqazın Hirosiması “ adalandırılır. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “ tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi  kimi təqdim etməyə cəhd göstərilib.  Evlər və binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub.
      Təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş Azərbaycan ərazisi narkotik üçün istifadə olunmuşdur. Bu o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. İşğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilib. Bu gün bu, sübut edilmiş faktdır.
      Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır.

Elza Mirzəyeva,
Masallı rayonu, Əhmədli kəndiшаблоны для dle 11.2
Вернуться назад