Главная > Siyasət > Masallıda gənc cütlükdən vətənpərvərlik nümunəsi

Masallıda gənc cütlükdən vətənpərvərlik nümunəsi


26-10-2021, 13:04. Разместил: yeni321
  
Toy günü şəhidləri ziyarət etdilər

Masallı rayonunda vətənpərvər gənclər şad günlərində də bir an belə olsun şəhidlərimizi unutmurlar, onlara ehtiram göstərirlər.
Bu günlərdə ailə həyatı quran Ruslan Quliyev və Səbinə Əliyeva cütlüyü də belə gənclərimizdən biridirlər.
Belə ki, onlar toy günü Masallıdan olan şəhidləri yad ediblər. Gənclər öz sevincli günlərində yaşadıqları Masallı şəhərinin şəhidləri – Araz Seyfullayev və Cavad İbadovun məzarını ziyarət ediblər. Onlar bu addımı bir mənəvi borc kimi atıblar.
Əlbəttə, gənclərin şəhidlərimizə göstərdiyi ehtiram, onların ruhuna hörmət, Qarabağın azadlığı uğrunda canından keçən oğullara toy günündə diqqət ayırması cəmiyyət üçün bir örnək olmalıdır. Milli.Az
 шаблоны для dle 11.2
Вернуться назад