Главная > Siyasət > Masallının Köçəkli kəndində şəhidlərin abidə-bulaq kompleksinin açılışı

Masallının Köçəkli kəndində şəhidlərin abidə-bulaq kompleksinin açılışı


24-10-2021, 14:00. Разместил: yeni321
Masallının Köçəkli kəndində şəhidlərin abidə-bulaq kompleksinin açılışı 

Oktyabrın 23-də Masallı rayonunun Köçəkli kəndində torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçərək şəhadətə yüksələn qəhrəman Vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə ərazinin fəal və vətənpərvər gənclərinin qüvvəsi ilə inşa edilmiş «Kəndimizin şəhidləri» adlı abidə-bulaq kompleksinin açılışı olub.
 
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, YAP Rayon Təşkilatının fəalları, şəhidlərin ailə üzvləri, təhsil işçiləri, qonaqlar, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
 
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kompleksdə Birinci və İkinci Qarabağ döyüşlərində Köçəkli kəndindən şəhid olmuş altı qəhrəman oğulun, altı igidin – Ceyhun Yaqubov, Əli Rəhimov, Sərhəddin Rəhimov, İntiqam Abbasov, Fəttah Şamıyev və Gülhüseyn Orucovun xatirə lövhələri yerləşdirilib.  
Tədbirdə Şəhidlərin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqdan söz açılıb.
Tədbirdə çıxış edənlər – Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, kənd sakinlərindən Hacı Yəhya Mirzəyev, veteran müəllim Arif Kərimov, gənc ziyalı Ruslan Mirzəyev və başqaları ötən il sentyabrın 27-də başlanan və Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin şərəfli döyüş yollarından danışıb, onların əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər Vətənə, ordumuza, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Sonda mərasim iştirakçıları bulaq-abidənin önünə gül dəstələri qoyub, şəhidlərin ruhuna dualar oxuyublar.

www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад