Главная > Siyasət > Masallı Rayon İcra Hakimiyyətinin növbəti onlayn iclası
Masallı Rayon İcra Hakimiyyətinin növbəti onlayn iclası27-10-2021, 21:24. Разместил: yeni321 |
Masallı Rayon İcra Hakimiyyətinin növbəti onlayn iclası Masallı Rayon İcra Hakimiyyəti tərəfindən COVİD-19 infeksiyasına qarşı peyvəndləşmənin vəziyyəti barədə növbəti onlayn iclas keçirilib. İclasda rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndələri, bələdiyyələr, təhsil işçiləri və mobil qrup üzvləri iştirak edib. Onlayn iclasda Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov rayon üzrə peyvəndləşmənin vəziyyəti barədə məlumat verərək bildirib ki, rayon üzrə peyvəndləşmə prosesi yaxşıdır və belə davam edərək növbəti 2-ci və 3-cü dozalar üzrə də vətəndaşların peyvəndləşmədə iştirakını təmin etmək üçün maaridləndirməni davam etdirmək zəruridir. Sonra RİHB aparatının şöbə müdiri Seyfəddin Əliyev və başqaları çıxış edərək bildiriblər ki, əhali arasında yoluxmanın aradan qaldırılması üçün görülmüş bütün zəruri tədbirlərdə vətəndaş mövqeyini ortaya qoyaraq həmrəylik nümayiş etdirib birgə maarifləndirməni həyata keçirmək lazımdır. İclasın sonunda RİHB-nın birinci müavini Məmmədhüseyn Hüseynov iclas iştirakçılarının və əsasən mobil qrupların maarifləndirmə işində fəallığını artırmağı tövsiyə edib. www.yeniheyet.az Вернуться назад |