Главная > Siyasət > Masallı gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası

Masallı gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası


4-11-2021, 18:27. Разместил: yeni321
Bir qrup gəncin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib

Masallı  Rayon Gənclər və İdman İdarəsi tərəfindən 8 Noyabr - Zəfər Günü ilə bağlı bir qrup gəncin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil edilib.
Yeniheyet.az xəbər verir ki, ekskursiyanın təşkilində əsas məqsəd “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.10 yarımbəndinin icrasının təmin edilməsi, gənclərdə 44 günlük Vətən müharibəsi və qazanılan tarixi Qələbə haqqında daha dolğun təsəvvürün yaradılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənclər arasında təbliğidir.
          Ekskursiya zamanı gənclər 44 günlük Vətən müharibəsi zamanı düşməndən qənimət götürülən və məhv edilən müxtəlif hərbi texnikalar, artileriya qurğuları, zenit-raket kompleksləri və digər eksponatlarla yaxından tanış olublar.
      Ekskursiya zamanı gənclərimiz Zəfər yarmarkasında da iştirak ediblər.



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад