Главная > Siyasət > Masallıda Vətən Müharibəsi Qəhrəmanlarının adları məktəblərə verilib
Masallıda Vətən Müharibəsi Qəhrəmanlarının adları məktəblərə verilib4-11-2021, 18:53. Разместил: yeni321 |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli Qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Masallı şəhər 3 və 6 saylı tam orta məktəblərə Azərbaycan Respublikası Vətən Müharibəsi Qəhrəmanlarının adları verilib. Belə ki, Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” İntiqam Bayram oğlu Əsgərlinin və Masallı şəhəri 6 nömrəli tam orta məktəbə isə Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adı verilmişdir. www.yeniheyet.az Вернуться назад |