Главная > Siyasət > Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yümruq “
Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yümruq “6-11-2021, 16:32. Разместил: yeni321 |
Xalqın güc və birlik rəmzinə çevrilmiş “Dəmir yümruq “ Qırx dörd günlük Vətən müharibəsi Azərbaycanın haqq və ədalət savaşı idi. Azərbaycan dövləti və xalqı uzun illər idi ki, ədalətin bərpa edilməsi üçün çalışırdı. Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Haqq və ədalətin bərpası isə əlbəttə ki, şəhidsiz, qazisiz ötüşmədi. Hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, qazi olaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, xüsusilə gənc nəsil üçün örnək olmalıdır. Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş gənclər torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşdular. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz, 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı”. Prezident İlham Əliyev tərəfindən yürüdülən siyasət xalqı birləşdirən siyasətdir. Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb etdi. Xalq olaraq gücdümüzün mənbəyi olan milli birlik dövlətin siyasi dəyəridir. Daxildəki həmrəylik, milli birlik , vahid amal üğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Bir sözlə, Ordumuzun zəfər salnaməsi hərb tariximizin şərəfli səhifələrinə yazılıb. Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev heç də təsadüfi deməyib: “Müharibə Ermənistanın yadından çıxmasın, unutmasınlar ki, “Dəmir yumruq” yerindədir”. Əfsanə İsmayılova, Masallı rayon sakini Вернуться назад |