Главная > Siyasət > “İrəli“ əmrini səbirlə gözləmiş Azərbaycan xalqı

“İrəli“ əmrini səbirlə gözləmiş Azərbaycan xalqı


6-11-2021, 16:38. Разместил: yeni321
“İrəli“ əmrini səbirlə gözləmiş Azərbaycan xalqı
 
    Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı.
  44 gün ərzində Müzəffər Azərbaycan Ordusu Ermənistanın silahlı quldurlarının saxta mifini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın gücünü göstərdi. Düzgün planlaşdırılan və həyata keçirilən hərbi əməliyyatlar texniki imkanlardan istifadə edərək, cəsur igidlərimizin qəhrəmanlığına, rəşadətinə söykənərək, xalqımız, ordumuz, əlbəttə, Ali Baş Komandanımız başda olmaqla, mümkün olmayanı gerçəkləşdirdi - işğalçıları ağ bayraq qaldırıb məğlubiyyətlərini boyunlarına almağa məcbur etdi. Bu, əslində düşmənin diz çökməsi demək idi.
    Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionalğı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz , hər bir fikir xalqın hafizəsində  əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönnəməməyə, əksinə qürurla durmağa ruhlandırıdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, dogma insan, xalqının yenilməz övladını görürdülər.
  Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illər boyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi.
   Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Müzəffər Ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
    Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezident İlham Əliyevə xalqın etibarı və ehtiramı sonsuzdur.
 
Gülşən Xəlilova,
 Masallı Regional “ASAN Xidmət “ mərkəzinin sektor müdiri
 шаблоны для dle 11.2
Вернуться назад