Главная > Siyasət > Azərbaycan bayrağı azərbaycançılığın simvolu kimi...

Azərbaycan bayrağı azərbaycançılığın simvolu kimi...


6-11-2021, 16:50. Разместил: yeni321
Azərbaycan bayrağı azərbaycançılığın simvolu kimi...
   
Dövlət bayrağımız Azərbaycanımızın ərazi bütövlüyü və toxunulmazlığının,dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvoludur. Bu bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, müqəddəslik və əbədiliyinin, sarsılmaz və yenilməzliyinin rəmzidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir.
   Ümumilli Lider Heydər Əliyev hər zaman deyərdi, “ biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət , sevgi və məhəbbətin rəmzidir“. , “ Kim Azərbaycanı sevirsə , kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə , kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyisə, o, bu bayraq altında birləşməlidir“.
      Bu gün Azərbaycan gəncliyinin qarşısında duran başlıca vəzifələrdən biri Azərbaycanın dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət, ehtiram ruhunda tərbiyə edilməsidir. Bu yol vətəndaş cəmiyyətinin formalaşmasına, Azərbaycanın müstəqilliyini əbədi edəcək vətənpərvər gəncliyimizin yetişdirilməsinə nail olmaqdan ibarətdir. Milli müstəqilliyin, azadlığın müqəddəs atributlarına - bayrağa, gerbə, himnə münasibət, əslində, hər bir Azərbaycan vətəndaşının, hər bir azərbaycanlının dövlətimizə, millətimizə, dövlətçiliyimizə münasibətini əks etdirir.  
   Biz bu gün müstəqil ölkə kimi yaşayırıq. Biz müstəqil siyasət aparırıq. Bu gün Azərbaycan cəmiyyətində  milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır.
    Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqın imzasını qürurla təsdiqləyəcək.

Fəridə Hüseynova,
 Masallı Dövlət Regional Kollecin müəllimiшаблоны для dle 11.2
Вернуться назад