Главная > Siyasət > Masallıda şəhid Röyad Məmmədovun anım mərasimi keçirilib
Masallıda şəhid Röyad Məmmədovun anım mərasimi keçirilib8-11-2021, 13:11. Разместил: yeni321 |
Masallıda şəhid Röyad Məmmədovun anım mərasimi keçirilib Noyabrın 8-də Masallı rayonunun Mahmudavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Röyad Famil oğlu Məmmədovun il mərasimi keçirilmişdir. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər. Yeniheyet.az xəbər verir ki, İcra başçısı Ş.Məmmədov geniş nitqində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Röyad və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etmişdir ki, Röyad, təkcə Familin yox, bütün Azərbaycanın, dünya Azərbaycanlılarının övladıdır. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün yenidən qurulan Masallı şəhər Qəhrəmanlar Parkındakının bu gün açılışı haqqında məlumat verən rayon rəhbəri buranının əsl ziyarətgah yerinə çevrilməsi üçün əməyini əsirgəməyən Milli Məclisin deputatı Məşhur Məmmədova minnətdarlıq ifadə etmiş, gələcəkdə buranın daha əzəmətli ziyarət yerinə çevrilməsini gənclərə tövsiyə edərək, burada Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə təntənəli surətdə təqdim edilən medallar haqqında məlumat vermiş, 247 Masalılı şəhidin şərəfinə bu gün, Zəfər Günündə Göyəçöl kəndi ərazində əkilən ağacəkmə kompaniyasından danışmışdır... Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişlər. İl mərasimində şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülmüşdür. Qeyd edək ki, Röyad Məmmədov 2000-ci il oktyabr ayının 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olmuşdur. İlk təhsilini Mahmudavar kənd tam orta məktəbində almağa başlamış və həmin məktəbi 2018-ci ildə bitirmiş və sonra Bakı şəhərində, Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olmuşdur. Bir ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılmışdır. Röyad 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tovuz rayonunda yerləşən «N» saylı hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Röyad Vətən müharibəsinin başlandığı ilk gündən isə döyüşlərə könüllü qatılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Röyad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Röyad noyabrın 8-də Laçından Şuşaya gedən yolu ələ keçirmək uğrunda döyüşlər zamanı şəhid olmuşdur. Doğulub boya-başa çatdığı Mahmudavar kəndində, 11 noyabr 2020-ci il tarixdə dəfn olunmuşdur. Subay idi... Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vətən müharibəsinin şəhidi Röyad Məmmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra «Vətən uğrunda», «Cəsur döyüşçü», «Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir. www.yeniheyet.az Вернуться назад |