Главная > Siyasət / Manşet > Bu gün Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirə günüdür

Bu gün Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin xatirə günüdür


9-11-2021, 16:26. Разместил: yeni321


Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi

Noyabrın 9-da Masallı rayonunun Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid gizir İntiqam Əsgərlinin anım mərasimi təşkil edilib.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatları Məşhur Məmmədov, Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX rayon şöbəsinin, YAP rayon təşkilatının əməkdaşları, şəhid ailələri, qonaqlar, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RİH başçısı Ş.Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, İntiqamların qanının yerdə qalmadığından söhbət açıb:”Bütün şəhidlərin ruhu, onlarının ata və analarının qarşısında baş əyirəm. Torpaq uğrunda ölən varsa, Vətəndir, deyirlər. Tarixə nəzər salsaq görərik ki, torpaq itirən millət kimi tarixə düşmüşdük. Ulu Öndər Əliyev ikinci dəfə hakimiyyətə
gələndə hərci-mərcliyin qarşısı alındı. Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. İllərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Ümummilli Lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində
hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük
işlər görülmüşdür. İtirilməkdə olan dövlətin beynəlxalq aləmdə nüfuzu artdı. Dahi rəhbərin siyasi varisi dövlətimizi daha da qüdrətli elədi. 44 günlük müharibə başda Ali Baş Komandan olmaqla İntiqam kimi igidlərimizin hesabına dümənləri, onların qurduqları istehkamları darmadağın elədi, itən qürurumuzu qaytardılar. Ötən ilin noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olarkən ölkənin başçısı demişdir ki, bu ölkə artıq sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilmir. Müstəmləkə kimi yaşaya bilər. O qədər xalqlar var ki, onların müstəqilliyi yoxdur. Əgər öz çirkin siyasətindən əl çəkməsə, onlardan biri də Ermənistan olacaq. Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. İqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə
  
edirik…Ziba ananın damarından axan qan əsl Azərbaycan qadınına xasdır. Vətən üçün belə alışıb-yanasan… Ona görə qürurlu millətik. Masallının da şəhid ailələri, şəhidlərin ruhuna xələl gətirmədilər. Mən hamınızdan razıyam. Şəhid analarının alnından öpürəm, atalarını bağrıma basıram. Siz xoşbəxt ata-analarsınız. Allah Prezidentimizi, dövlətimizi, müstəqilliyimizi qorusun…”
İki şəhid anası Ziba Əsgərova bildirib ki, Aprel döyüşlərinin qəhrəmanı Nurlanın itkisi atasına çox pis təsir etmişdi. Müharibə başlamazdan qabaq, sentyabrın 25-i axşam evdə oturmuşduq, İntiqam gəldi. İntiqam bütün sözünü, sirrini mənə deyirdi. Müharibə başlayanda mənə dedi ki, biz irəli gedəcəyik. Allah mənə qısa ömür yazıbsa, qoy bu cəbhədə olsun, kənarda yox. Gedəndə dedi ki, Allahın qismətidi, Aprel döyüşlərində güllə yağışının altından sağ gəldim. Bu dəfə də taleyimdə qayıtmaq varsa, qayıdacam. Yoxdursa, Vətən yolunda şəhid olacam, şərəf duyun!
Yeniheyet.az xəbər verir ki, qazi Bakir Abdullayev, Birinci Qarabağağ müharibəsi iştirakçısı Xanım Cəfərova, yazıçı Xanım Əsədullayeva və başqaları şəhid qardaşları – Aprel şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam haqqında danışıblar.
  İcra başçısı mərasimdə iştirak edən digər şəhid valideynləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
İki şəhid valideynləri — Bayram və Ziba, ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonra aktyor Cəmaləddin Əliyevin rəhbərliyi, Aysun Əliyeva, Səbinə İbrahimli və aktyor Cavid Quliyevin iştirakı ilə yazıçı Nurəddin Ədiloğlunun «Şəhidlik manifesti» əsərinin motivləri əsasında hazırlanmış ədəbi kompozisiya nümayiş olunub.
Masallı Dövlət Regional Kollecinin tələbələri, həvəskar aktyorlar Aysun Əliyeva və Səbinə İbrahimli, həmçinin aktyor Cavid Quliyev «Cəsur qardaşlar» Fəxri fərmanları ilə təltif olunublar. Təltifləri şəhidlər anası Z.Əsgərova təqdim edib.
Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə güllər düzülüb.
Qeyd edək ki, İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olmuşdur.
1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən Müharibəsində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə iştirak etmişdir.
Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak etmişdir. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və bir gün intiqamını alacağına söz vermişdi.
Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı.
Şəhid İntiqam Əsgərlinin nəşi 17 noyabr 2021-ci il tarixdə doğma kəndində torpağa tapşırılmışdır.
Ailəli idi. Nur adlı bir qız övladı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanının şərəfinə İntiqam adlı bir oğlu yadigar qalıb.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Viləş kəndindən olan Vətən müharibəsinin şəhidi gizir İntiqam Əsgərli ölümündən sonra «Vətən uğrunda» medalına və Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü.
Viləş kəndinin mərkəzi küçəsi İntiqamın qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi Qəhrəmanlarının adlarının əbədiləşdirilməsi barədə müvafiq qərara əsasən Masallı şəhəri 3 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı İntiqam Bayram oğlu Əsgərlinin adı verilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад