Главная > Siyasət > Azərbaycan qlobal təşəbbüslər ölkəsidir
Azərbaycan qlobal təşəbbüslər ölkəsidir11-11-2021, 16:26. Разместил: yeni321 |
Azərbaycan qlobal təşəbbüslər ölkəsidir Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndəgedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb. Əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirib. Azərbaycanın pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkələrdən birincisidir desək yanılmarıq. “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən etibarən keçirilməyə başlanmış Qlobal Bakı Forumu artıq ənənəyə çevrilmişdir. Səkkizinci dəfə təşkil olunan Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından dünyanın aparıcı platformalarından biridir, desək, yanılmarıq." Bu sözləri “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumunda cənab Prezident İlham Əliyevin çıxışında bildirərək demişdir.Forumun açılışında çıxış edən cənab Prezident qlobal gündəliyin bir nömrəli məsələsi, pandemiya ilə mübarizə sahəsində Azərbaycanən qazandığı uğurlar haqqında məlumat verərək, bildirib ki, cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır. Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır. Diqqətə çatdırılıb ki, Azərbaycanın bu istiqamətdə gördüyü işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır. COVID-19 pandemiyasına qarşı mübarizədə bütün dünyaya “birlikdəyik” mesajının ünvanlanması, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüskarlığının və qlobal liderliyinin göstəricisidir. Əntiqə Tağıyeva, Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Вернуться назад |