Главная > Siyasət / Manşet > Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun xatirəsi anılıb
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun xatirəsi anılıb11-11-2021, 19:36. Разместил: yeni321 |
![]() Noyabrın 11-də 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandir müavini, polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun anım mərasimi keçirilib. ![]() Yeniheyet.az xəbər verir ki, şəhidin yaxınlarının, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi mərasimə Masallı rayonundan – rayon İcra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları qatılıblar. ![]() Anım mərasimi Sumqayıt şəhər Saray qəsəbəsindəki mərasim zalında davam etdirilib. ![]() ![]() Tədbirdə körpə fidanlar və məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. www.yeniheyet.az Вернуться назад |