Главная > Siyasət > Masallıda şəhid Səməndər İsgəndərovun anım mərasimi
Masallıda şəhid Səməndər İsgəndərovun anım mərasimi13-11-2021, 17:16. Разместил: yeni321 |
Masallıda şəhid Səməndər İsgəndərovun anım mərasimi Noyabrın 13- Masallı rayonunun Sərçuvar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Səməndər Vahid oğlu İsgəndərovun il mərasimi keçirilmişdir. Yeniheyet.az xəbər verir ki, il mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak etmişlər. İcra başçısı Ş.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Səməndər və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açıb, 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışmışdır. O, deyib : “Bildiyiniz kimi ölkə başçımız bu günlərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İstanbulda keçirilən VIII Zirvə görüşündə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Bu orden Azərbaycan Prezidentinə Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə verilmişdir. Ulu Öndərimizin siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir...” Şəhidin atası Vahid İsgəndərov onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı rayonunun icra başçısına dərin minnətdarlığını bildirmişdir. İl mərasimində Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, QMİ-nin səlahiyyətli nümayəndələri Məftun Hüseynov, Sədi Axundzadə, kəndin axundu Rahib Qafarov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyub, ölkə başçımıza, ölkəmizə, millətimizə dualar etmişlər. Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Səməndər Vahid oğlu İsgəndərovun məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə təzə çiçəklər düzülmüşdür. Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Səməndərin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir. Məlumat üçün bildirək ki, şəhid əsgər Səməndər Vahid oğlu İsgəndərov 23 iyun 1996-cı ildə Sərçuvar kəndində anadan olmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədov adına Sərçuvar kənd tam orta məktəbini bitirdikdən sonra, 2014-cü ildə Masallı rayonundan həqiqi hərbi xidmətə yola salınmışdır. Həmçinin, skripka üzrə musiqi təhsili də almışdır. Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissədə həqiqi hərbi xidmətini topçu kimi uğurla başa vurmuşdur. 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində bir çox istiqamətlərdə gedən şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərən Səməndər düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və itkimizin az olması üçün yaralı əsgərlərimizi döyüş meydanından çıxarmaqdan ötrü əlindən gələni əsirgəməmişdir. Döyüşdə böyük şücaət göstərən Səməndər İsgəndərov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid 13 noyabr 2021-ci il tarixdə Sərçuvar kənd qəbiristanlığında izdihamla torpağa tapşırılmışdır. Subay idi. Altı ay idi ki, nişanlanmışdı... Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2021-ci il, 24 iyun 2021-ci il tarixli 3 Sərəncamına əsasən Səməndər Vahid oğlu İsgəndərov ölümündən sonra "Vətən uğrunda", «Cəbrayılın azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir. www.yeniheyet.az Вернуться назад |