Главная > Siyasət > Gənc dövlətin tarixində dönüş nöqtəsi

Gənc dövlətin tarixində dönüş nöqtəsi


15-11-2021, 14:08. Разместил: yeni321
Gənc dövlətin tarixində dönüş nöqtəsi
 
   Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasında ən nüfuzlu, ən güclü siyasi qüvvədir. Partiyanın üzvləri sırasına dövlət xadimləri, ziyalılar, tanınmış insanlarla yanaşı, respublikanın ən fəal, aparıcı gəncləri də daxildir və onlar çoxluq təşkil edir. Biz gənclərin bu partiyaya üstünlük verməyimizin əsas səbəbi isə odur ki, onun potensialı, perspektivləri çox yüksəkdir. Biz YAP-a üzv olmaqla Azərbaycanın gələcəyinin qurucuları sırasına daxil oluruq, ölkəmizin çiçəklənməsinə və tərəqqisinə sanballı töhfə veririk.
    Yeni Azərbaycan Partiyası XX əsrin 90-cı illərinin əvvəllərində, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəlmişdir. Bu illər ərzində hakimiyyət dəyişiklikləri və daxili siyasi qarşıdurmanın dərinləşməsi nəticəsində ölkədə böhran vəziyyəti qorxulu həddə çatmışdı. Belə bir ağır zamanda xalqımız ümid yeri axtarır, xilaskarın kim ola biləcəyini düşünürdü. Təbii ki, bu insan ancaq dünya səviyyəli siyasətçi və dövlət xadimi, o dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan ümumxalq sevgisinə və hörmətinə malik olan Heydər Əliyev idi. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuat vasitəsilə ona müraciət ünvanladılar.
    Partiyanın konfransı 21 noyabr 1992-ci ildə qədim diyarımız Naxçıvanda keçirildi və Ulu Öndər Heydər Əliyev YAP-ın sədri seçildi. Beləliklə, Azərbaycanda güclü və sağlam dayaqlara söykənən bir partiyanın əsası qoyuldu. Partiya qısa müddətdə geniş şöhrət qazanaraq sağlam qüvvələri öz ətrafında birləşdirə bildi.
     Ulu öndərimizin ən böyük tarixi xidmətlərindən biri də odur ki, o, xalqa İlham Əliyev kimi siyasi lider, müdrik rəhbər, sadiq davamçı bəxş etdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin ölkədə həyata keçirdiyi daxili və xarici siyasət məhz Ulu Öndər Heydər Əliyev siyasətinin davamıdır. Hazırda dünyanın inkişaf etmiş, demokratik prinsiplərinə sadiq, hüquqi dövlətlər sırasında mühüm yeri olan Azərbaycanın müstəqilliyinin qorunmasında və inkişaf etdirilməsində YAP-ın xidmətləri danılmazdır
    Qətiyyətlə demək olar ki, bu gün YAP-ın nüfuzu gündə-günə artır. Belə gözəl ölkədə yaşamaq və belə bir samballı və mötəbər partiyanın üzvü olmaq hər birimiz üçün şərəfli və qürurvericidir. YAP-ın ancaq bir məqsədi var: bu millətə, bu dövlətə xidmət etmək. Bu, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Biz gənclər, həmçinin bütün xalqımız Heydər Əliyev yolunun uğurlu davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik və onu həmişə dəstəkləyəcəyik.

Səmrah Seyfullayeva,
Masallı şəhər sakini, fəal gənc шаблоны для dle 11.2
Вернуться назад