Главная > Siyasət > Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması
Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması16-11-2021, 14:10. Разместил: yeni321 |
Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin istər ölkəmizin, istərsə də regionda əldə edilən uğurlar göz qabağındadır.Möhtərəm Prezidentimiz dünyanın bu günü və gələcəyi ilə bağlı atdığı addımlar, əldə etdiyi uğurlu nəticələr hər zaman dünya ölkəlləri tərəfindən diqqətlə izlənilir və Azərbaycanımızı bütün dünyada tanıdılır. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarda deyilir: “Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin qazanılmasına yol açan tarixi Qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Prezident İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması haqqında qərar qəbul etdi”.Bəli Ali Baş Komandamız hər bir ali mükafata layiq Liderdir.Çünki Ali Baş Komandanımız 44 günlük Vətən müharibəsində böyük Zəfərimizi təmin etməklə adını tarixə yeni tarix yazan Lider və torpaqlarımızın xilaskarı kimi yazdı. Möhtərəm Prezidentimiz çox qısa dövr ərzində Azərbaycanı inkişaf etmiş, müasir, güclü və dünya miqyasında böyük nüfuza malik dövlətə çevirdi. Onun uzaqgörənliyi və diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq aləmə çatdırıldı. On səkkiz il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, bütün varlığı ilə Ulu Öndərin siyasi kursuna sadiq olan və dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyevə yekdilliklə səs verdiklərinə yanılmadılar. Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözünü deyə bilən,imzalar içində imzası olan qüdrətli dövlətə çevirdi. Aparılan uğurlu siyasətin sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Bu gün Azərbaycan həqiqətən tarixi günlərini yaşayır. Azərbaycan xalqı Ali Baş Komandan ətafında bir yumruq kimi birləşərək 30 illik həsrətimizə son qoyuldu. Ali Baş Komandanımız ədaləti bərpa etdi.Müzəffər Ali Baş Komandan ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına verdiyi vədi əməli fəaliyyəti ilə reallığa çevirdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qalib lider, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə qızıl hərflərlə yazdırdı. Möhtərəm Prezidentimiz İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə səsləndirdiyi fikirlərində deyib: “Türk Dünyasının Ali Ordeni” mükafatının Azərbaycanın Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verdiyi zamana təsadüf etməsinin rəmzi mənası olduğunu açıqladı və bu əminliyi ifadə etdi ki, bundan sonra Türk Dövlətləri Təşkilatındakı sədrlik müddətini artıq əziz Qardaşım Rəcəb Tayyib Ərdoğan öz üzərinə götürür. Onun liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Bu gün türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxmaqdan məmnunluğunu ifadə edən dövlət başçısı bildirdi ki, birgə gələcəyimiz üçün çox möhkəm təməl var. Bu, ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımızdır”. Əntiqə Tağıyeva, Masallı rayonu, Hişkədərə kənd sakini Вернуться назад |