Главная > Siyasət > Masallıda şəhid Elçin Novruzovun anım mərasimi

Masallıda şəhid Elçin Novruzovun anım mərasimi


16-11-2021, 19:43. Разместил: yeni321
Masallıda şəhid Elçin Novruzovun anım mərasimi
 
Noyabrın 16-da Masallı rayonunun Hüseynhacılı kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elçin Qismət oğlu Novruzovun anım mərasimi keçirilmişdir.
Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.
RİH başçısı Şahin Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, şəhidin döyüş şücaətindən danışıb, Elçin və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığını bildirib.
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Məlumat üçün bildirək ki, Elçin Qismət oğlu Novruzov 9 avqust 1989-cu ildə Rusiya Federasiyasının Voronej şəhərində anadan olmuşdur. 2005-ci ildə Hüseynhacılı kənd ümumi orta məktəbinin doqquzuncu sinfini, 2007-ci ildə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbini bitirmişdir.
Çağırışçı kimi 2007-ci ilin oktyabrında Bakının Qaradağ rayonunun Şıxov qəsəbəsində, «N» saylı Hava Hücumundan Müdafiə hissəsinə hərbi xidmətə yollanmış və həmin hərbi hissədən tərxis olunmuşdur.
Azərbaycan Ordusunun könüllü əsgəri Elçin Qismət oğlu Novruzov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə düşmənə qarşı böyük mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidinin nəşi 16 noyabr 2020-ci il tarixdə Hüseynhacılı kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Ailəli idi.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən Elçin Qismət oğlu Novruzov ölümündən sonra «Vətən uğrunda», «Döyüşdə fərqlənməyə görə», “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад