Главная > Siyasət > Masallının Böyük Xocavar kəndində şəhid gizir Aqil Məlikovun xatirəsi anılıb

Masallının Böyük Xocavar kəndində şəhid gizir Aqil Məlikovun xatirəsi anılıb


16-11-2021, 20:44. Разместил: yeni321
Masallının Böyük Xocavar kəndində şəhid gizir Aqil Məlikovun xatirəsi anılıb 

Masallı rayonunun Böyük Xocavar kəndində, 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olan gizir Aqil Qismət oğlu Məlikovun anım mərasimi keçirilmişdir.
Yeniheyet.az xəbər verir ki, mərasimdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmmədhüseyn Hüseynov və RİHB aparatı, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və media nümayəndələri iştirak etmişlər.
Mərasimdə Aqilin döyüş yolundan, şücaətindən bəhs edilib.
Şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
Qeyd edək ki, Aqil Məlikov 1990-cı ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.
1977-ci ildə Təzə Alvadı kənd orta məktəbini bitirmişdir.
 
2008-ci ildə Masallı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır.
2010-cu ildə həqiqi hərbi xidmətini Naxçıvanda, «N» saylı hərbi hissədə başa vurmuşdur.
Gizirlik məktəbini bitirdikdən sonra 2011-ci il martın 12-dən Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirmişdir.
Şəhid gizir Aqil Məlikov 2016-cı ildə, noyabrın 15-i Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuşdur.
 
Noyabrın 16-sı isə Aqil Məlikov doğulduğu Masallı rayonunun Böyük Xocavar kənd qəbiristanında izdihamla torpağa tapşırılmışdır.
Şəhid gizir Aqil Məlikov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə «Hərbi xidmətdə fərqlənməyə görə» üçüncü dərəcəli medalı ilə təltif edilmişdir.
Şair-publisist, "Qızıl qələm" media mükafatçısı Rəsul Rzayev şəhidə həsr edilmiş “Oğul arxalı vətən” adlı poema yazmış, eyni adlı əsər Masallı Xalq Teatrında səhnələşdirilmişdir.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад