Главная > Siyasət / Mədəniyyət / Təhsil > “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” – Masallıda tədbir

“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” – Masallıda tədbir


17-11-2021, 15:40. Разместил: yeni321
“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” – Masallıda tədbir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Rəhim Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli?” mövzusunda təşkil olunan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Masallı filialının rəhbəri, Birinci Qarabağ Müharibəsi veteranı Nahid Rəhimov, Vətən müharibəsi iştirakçıları, müəllim və şagirdlər iştirak ediblər.
 
Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışan natiqlər bildiriblər ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb.
Həmçinin uşaqların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinin vacibliyini qeyd edən çıxışçılar 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıqların yeniyetmə nəslin tərbiyəsində böyük rol oynadığını vurğulayıblar.
Maarifləndirmə tədbirinin sonunda iştirakçıların sualları cavablandırılıb.

Akif AĞAYEV,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад