Главная > Siyasət > “Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” – Masallıda tədbir

“Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” – Masallıda tədbir


17-11-2021, 16:40. Разместил: yeni321
“Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” – Masallıda tədbir

Masallıda “Azərbaycanın qazandığı çoxsaylı uğurlarında Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda tədbir keçirilib.
YAP rayon təşkilatı aparatındakı tədbir öncəsi Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə partiyanın rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev bu əlamətdar gün münasibətilə tədbir iştirtakçılarını təbrik edib, Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını diqqətə çatdırıb: "Bu, həmin ərəfə idi ki, Azərbaycanda xaos hökm sürürdü, dövlət büdcəsi talan olunmuşdu, ölkədə hər addımbaşı cinayət törədilirdi. Müstəqil respublika elan olunsaq da, ancaq bu müstəqilliyi qoruyub-saxlamaq qeyri-mümkün bir hala çevrilmişdi. Azərbaycan xalqının çıxılmaz durumda olmasına baxmayaraq, o vaxt iqtidardakılar şəxsi mənafelərinə xidmət edirdilər. Cəmiyyət ümumxalq inamına malik, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Ulu Öndərin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyilə 1992-ci ilin oktyabrında ziyalılar "Səs" qəzeti vasitəsilə Heydər Əliyevə müraciət ünvanladılar.
  
21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi – Heydər Əliyev partiyanın sədri seçildi.”
Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Seyfəddin Əliyev diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, qüdrətli ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcək. Gələcək nəsillər 2020-ci ilin Zəfər tarixini qürurla öyrənəcəklər. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Masallı Rayon İcra hakimiyyəti Başçısının birinci müavini Məmmədhüseyn Hüseynov çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü Azərbaycan xalqı üçün möhtəşəm tarixi hadisəyə, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən Vətən müharibəsində qazandığımız parlaq qələbənin, Zəfər gününün ildönümnə təsadüf edir: «Ötən dövr ərzində Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq böyük və şərəfli yol keçib. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmasıdır...”
“Masallı ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev vurğulayıb ki, 29 illiyini qeyd etdiyimiz, Ümummilli Liderin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası siyasi həyatda özünü təsdiqləmiş monolit bir qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.
Partiya fəallarından Cəmaləddin Ağayev, Rafiq Bağırov, Dilbər İbayeva və başqaları bildiriblər ki, çox zəngin, siyasi mübarizələrlə dolu, şanlı tarixi olan YAP fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад