Главная > Siyasət > Masallının Binə Xocavar kəndində şəhid Elməddin Nəzərovun anım mərasimi
Masallının Binə Xocavar kəndində şəhid Elməddin Nəzərovun anım mərasimi17-11-2021, 17:31. Разместил: yeni321 |
![]() Noyabrın 17-də Masallı rayonunun Binə Xocavar kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elməddin İsmayıl oğlu Nəzərovun anım mərasimi keçirilib. Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və RİHB aparatının məsul işçiləri, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX rayon şöbəsinin əməkdaşları, YAP rayon təşkilatının fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və başqaları iştirak ediblər. Yeniheyet.az xəbər verir ki, rayon rəhbəri Şahin Məmmədov şəhid Elməddin İsmayıl oğlunun döyüş şücaətindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən müharibəsində yanımızda olan, bizə dost, dəstək və düşmən olan ölkələrdən danışıb. İcra başçısı deyib ki, Vətən müharibəsində 3 minə yaxın şəhid verdik. Elməddinlər cəsarət nümayiş etdirdilər. Şəhidlərin zirvəsi əbədidir, daimidir. Onlar qısa ömür sürdülər, amma şərəflə yaşadılar. Qürurumuzu qaytardılar. Heç kim şəhidlərin ruhunu incidə bilməz. İnsan ləyaqətlə yaşamalıdır… Möhtərəm Ali Baş Komandanımız oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən dediyi: «Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz. ![]() Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini unutmaq olmaz.” ![]() -Allah cənab Prezidentimizi, ailəsini, Masallımızı, masallıları qorusun. 3 gündən sonra Masallıda icra başçısı işləməyimin 2 ili tamam olur. Şəhidlərin bütün hüzr məclislərində iştirak etmişəm. Şəhid valideynləri və qazilər özlərini onların adlarına xəlil gətirəcək hərəkət etmədilər. Mən bütün masallılardan razıyam..,-deyə Masallı RİH başçısı geniş və məzmunlu nitqini yekunlaşdırıb. Şəhid ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, ölkənin birinci xanımına və rayon rəhbərinə dərin minnətdarlıq bildirmişdir. ![]() Sonra mərasim iştirakçıları qəbiristanlıqda şəhid əsgər Elməddin İsmayıl oğlu Nəzərovun məzarını ziyarət etmişlər. Şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülmüşdür. Çıxışlarda şəhid barədə xatirələr danışılmış, Elməddinin heç vədə unudulmayacağı, daim ürəklərdə yaşayacağı bildirilmişdir. ![]() 2003-2014-cü illərdə Şəhid Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta məktəbində təhsil almışdır. 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmişdir. 2020-ci ilin sentyabrın 27-dən başlanan Vətən müharibəsində, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 30-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Şəhid 17 noyabr 2020-ci il tarixdə Binə Xocavar kənd qəbiristanında dəfn edilmişdir. Subay idi... Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elməddin İsmayıl oğlu Nəzərov ölümündən sonra «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif edilmişdir. www.yeniheyet.az Вернуться назад |