Главная > Siyasət > Ağdam bizimdir - Qarabağ Azərbaycandır

Ağdam bizimdir - Qarabağ Azərbaycandır


18-11-2021, 15:13. Разместил: yeni321
Ağdam bizimdir - Qarabağ Azərbaycandır
 
            Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat kilometr olan rayon Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Enolit dövrünün təbiət nümunələrindən olan Ağdam rayonunun adının etimologiyası da maraqlıdır. “Ağdam” sözü qədim türk dilində “kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib.
1993-cü ildə mənfur erməni işğalçılarının təcavüzünə məruz qalan Ağdam 42 gün davam edən döyüşlərin nəticəsində  iyul ayının 23-də təslim olur. Bu işğal rayonun 73 faizinin itirilməsi ilə nəticələndi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub.
 İşğal prosesi yekunlaşdıqdan sonra digər rayonlarımız kimi Ağdamın da işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. Müxtəlif qurumlar eləcə də ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdir”. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Bu qətnamənin də tələbləri Ermənistan ordusunun rayonu tərk etməsi olsa da işğalçı tərəf hər zaman olduğu kimi yenə də beynəlxalq qanunlara tabe olmaqdan yayındı. Uzun illər beynəlxalq qanunları və konvensiyaların tələblərini, ədaləti çeynəyən erməni ideologiyası günümüzdə də öz mənfi aktivliyini ortaya qoyur, bədxah niyyətində əsla əl çəkməməklə yanaşı, daha da çirkin siyasətə əl ataraq daimi olaraq siyasi və hərbi sakitliyi pozmaq, regiona daimi təhlükə bəxş etmək üçün əlindən gələni edirdi. Nəticə olaraq bu həm Azərbaycan dövlətinin həm bizim tərəfdaşlarımızın həmçinin də region ölkələrinin səbr kasasını daşırdı. Nəhayət 2020-ci ilin sentyabr ayında yüksək təzyiqlərlə rastlaşan ölkəmizin tək çıxış yolu olan hərbi strateji addım atıldı. Dəmir yumruq əməliyyatı adı altında başlayan əks-hücum hərəkatı Vətən Müharibəsi kimi vüsət aldı. Erməni iyrəncliyindən boğaza yığılan region ölkələri bu haqq savaşında daim bizə dəstək oldular. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirmək üçün meydana atılmışdı. 44 günlük vətən müharibəsi ərzində Ermənistan  tərəfinin, rəsmi İrəvanın provokativ və uğursuz fəaliyyəti, sosial sferadakı yaratdığı yalançı ampluası heç bir fayda vermədi. Dağlıq Qarabağ və ətraf ərazilərin durmadan işğaldan azad olunması və bu uğurda erməni tərəfin itkiləri, aldığı ağır zərbələr onları təslim olmağa və kapitulyasiya aktını imzalamağa sövq etdi. Ədalət nəhayət ki, zəfər çaldı. Azərbaycan ordusu dünyaya meydan oxuyaraq mümkünsüz hesab ediləni 5 ilə işğal edilən çətin və əngin əraziləri öz təcrübəsi və yüksək ordu potensialı hesabına cəmi 44 günə azad etdi. Silah tutmağa taqəti qalmayan Ermənistan sülh şəraitində geri qalan torpaqları öz əzəli və əbədi sahibinə qaytarmağa razı oldu.
     Vətən müharibəsində həmçinin Ağdam ətrafında gedən döyüşlərdə canlarını fəda edən, sağlamlıqlarından keçən və cəsurluq göstərən hər kəs dövlətin qayğısı və diqqəti altına alındı. Buna bariz nümunə olaraq 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu. İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Azad edilmiş torpaqlarda hər şey dağıdılıb. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir.
 Ali Baş Komandan, Möhtərəm Prezidentimiz İlham Əliyev Ağdamda səfərdə olarkən belə bir qətiyyətli fikir bildirdi: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır.” Bu çıxış böyük qayıdışın carçısıydı. Faktiki olaraq bu gün qurulan infrastruktur, çəkilən yollar, salınan ağıllı kəndlər, şəhərlər, innovativ və dinamik yükşəliş cənab Prezidentin ölkəmizin rifahı ilə bağlı nə qədər qərarlı və əzmli olduğunun sübutudur.

Qəşəm HADIYEV,
Masallı şəhər sakini, müharibə veteranıшаблоны для dle 11.2
Вернуться назад